AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

16 Mar

Layihə tədbirlərində iştirak statistikası hesablanıb

AATM Tvinninq layihəsi fəaliyyətə başladığı 2015-ci ilin sentyabrından bəri layihəyə cəlb olunmuş maraqlı tərəflərin səriştə və potensialının artırıması məqsədilə 100-dən çox tədbir təşkil olunub.

Daha dəqiq desək, benefisiar tərəfin Avropa Ali Təhsil Məkanının prinsip və standartları ilə bağlı yaxından məlumatlandırılması məqsədilə 30-a yaxın təlim, 30-dan çox seminar və 40-a yaxın müsabihə təşkil olunub.   

Bu tədbirlərdə ölkənin ali təhsil müəssisələrindən, Təhsil Nazirliyindən və müvafiq maraqlı tərəflərdən 570-dən çox şəxs iştirak edib.

Hesablamalara əsasən, bu tədbirlər çərçivəsində iştirak sayı təxminən 1260-a yüksəlib.

İştirakçı və iştirak sayının ən böyük hissəsi pilot olaraq seçilmiş üç universitetin payına düşür.

Həmin universitetlərin bu statistikada payı müvafiq olaraq 36% və 34% təşkil edir.

Bu, təsadüf deyil, çünki pilot olaraq seçilmiş universitetlərdə digər universitetlərlə müqayisədə daha çox təlim keçirilmişdir.

Kifayət qədər geniş iştirakçı və iştirak sayına malik digər ali təhsil müəssisələri isə aşağıdakılardır: Bakı Dövlət Universiteti, hazırda fəaliyyətini dayandırmış Qafqaz Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Xəzər Universiteti.

Səriştə və potensialının artırıması üzrə tədbirlərdən daha çox yararlanan ikinci maraqlı tərəf  isə Təhsil Nazirliyidir ki, ümumi 1260 iştirak sayının 278-i  və ya 22%-i ona məxsusdur.

Iştirak sayının digər yarısı isə əmək bazarı, dövlət qurumları, regional ali təhsil müəssisələri, QHT-lər və ictimai təşkilatların qismində müxtəlif maraqlı tərəflərin payına düşür.

Təbii olaraq qarşıda həyata keçiriləcək növbəti missiyaların nəticəsi olaraq bu statistikanın daha da artacağı gözlənilir.