1. KVALİFİKASİYALAR ÇƏRÇİVƏSİNİN MİLLİ SƏVİYYƏDƏ KOORDİNASİYASI |
||||
1.1. Milli Kvalifikasiyalar Çərçivəsi təsdiqlənib |
|
Təhsil Strategiyasının İcra olunması üzrə Fəaliyyət Planında nəzərdə tutulduğu kimi (bənd 3.3.3.) |
2016-cı ilin yazı |
Nazirlər Kabineti |
1.2. İcraçı orqanların vəzifələri aydın şəkildə müəyyənləşdirilib və zəruri olduqda, yeni vəzifələr təyin edilir |
Xüsusilə, aşağıdakı vəzifələr: · Standartların hazırlanması Peşə standartları, təhsil standartları, kvalifikasiya standartları və kurikulumları kim müəyyənləşdirəcək? · Keyfiyyət təminatı Ayrı-ayrı keyfiyyət təminatı proseslərinə aşağıdakılar daxildir: standart və kurikulumların müvafiqliyinin və təlim nəticələrinə əsaslandığının yoxlanılması, yekun qiymətləndirmə və sertifikatların verilməsinin keyfiyyətinin təminatı və təlim, qiymətləndirmə və dövlət sənədlərinin (diplomlar, sertifikatlar) təltifini həyata keçirən institutların keyfiyyətinin təminatı |
|
aprel-iyun 2016-cı il |
Təhsil Nazirliyi (TN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) KÇ-nin icra olunması üzrə müştərək İşçi Qrupu (İQ) yaratmaları təklif edilir. İQ-ə nazir müavinin sədrlik edəcəyi nəzərdə tutulur.
|
1.3. AzKÇ-nin hüquqi nəticələri müvafiq qanunlarla tənzimlənib |
Mövcud qanunvericiliyi təhlil etmək və tövsiyələr müəyyənləşdirmək, eləcə də beynəlxalq layihələrin tövsiyələrini inteqrasiya etmək təklif olunur. Təhsil qanunvericiliyindən əlavə, məşğulluq haqqında qanunvericiliyi və əmək məcəlləsini nəzərə almaq zəruridir. |
|
iyun-oktyabr 2016-cı il |
Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) |
1.4. Təhsil sisteminin müxtəlif sektorlarında islahatlar (təlim nəticələrinin təsviri, qiymətləndirmə və KT praktikaları üzrə vahid prinsiplər) AzKÇ vasitəsilə koordinasiya edilir |
Koordinasiya mexanizmlərinin (ayrı-ayrı institutların maraqlı tərəflərinin daxil olduğu koordinasiya komitəsi(ləri)) yaradılması və texniki dəstəyin verilməsi · Ayrı-ayrı qruplar qərarvermə və texniki məsələlərlə məşğul ola bilər · Təhsilin İnkişafı üzrə Strategiyanın icra olunması ilə bağlı əlaqələri aydınlaşdırmaq |
|
sentyabr 2016-cı il
2017-2022 |
Koordinasya qrupu yaradılıb
Texniki icra qrupu(ları) daha sonra yaradılacaq |
1.5. AzKÇ-nin icra olunması, o cümlədən bütün əsas maraqlı tərəflər üzrə koordinasiya qurumu var |
1.4-ə baxın |
|
2016 |
TN |
1.6. AzKÇ-nin icra olunması üçün tələb olunan peşəkar potensial üzrə ehtiyacların təhlili aparılıb |
İcra olunma planında əks olunan fəaliyyətlər əsasında işlər müəyyənləşdiriləcək (o cümlədən ayrı-ayrı iqtisadi sektorlar, standart və kurikulumların sayı və təhsilverənlərin sayı) və mövcud potensialla müqayisə ediləcək |
Aİ proqramından ekspert dəstəyinin verilməsi nəzərdə tutulub
|
dekabr 2016-cı il-mart 2017-ci il
hər il yenilənir |
Koordinasiya qrupları və TN |
1.7. Ömür boyu təhsil və informal təhsilin təşkili və bu yolla tədris almış şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün normativ-hüquqi bazanın yaradılması üzrə təkliflərin hazırlanması (Təhsilin İnkişafı üzrə Milli Strategiyanın 3.3.5-ci bəndi) |
Avropa təcrübəsinə və Azərbaycanda keçirilən pilot layihələrə əsaslanaraq qeyri-formal və informal təhsilin tanınması üzrə tədris/proqram sənədləri əsasında qanunvericiliyin hazırlanması təklif edilir |
|
2016-2017 |
|
1.8. AzKÇ vaxtaşırı nəzərdən keçirilir |
İlkin nəzərdən keçirmə Davam olaraq tövsiyələr və əmrə mümkün dəyişikliklər edilə bilər |
Əlavə donor dəstəyinə ehtiyac varmı? |
2020 |
|
2. BACARIQ EHTİYACLARI ÜZRƏ GÖZLƏNTİLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
2.1. Bacarıq gözləntiləri üzrə sistem müxtəlif institutların istifadəsi üçün yaradılıb, o cümlədən bacarıq gözləntiləri üzrə metodologiya və ştat vahidlərinin planlaşdırılması tətbiq olunur |
Bəzi tədqiqatlar mövcudUr; Əlavə metodiki dəstək tələb olunur. Bacarıq gözləntiləri üzrə işçi qrup mövcuddur və Avropa Təlim Fondu (ATF) tərəfindən dəstəklənir. |
Əlavə donor dəstəyinə ehtiyac varmı? |
|
ƏƏSMN |
2.2. Məşğulluq üzrə Təsnifat Sistemi yenilənib, peşələrin reyestri onlayn mövcuddur. |
Məşğulluq üzrə Milli Təsnifat Sistemi İSCO 2008 təsnifatına uyğunlaşdırılıb və müqavilələrin qeydiyyat sistemində tətbiq edilir, lakin tətbiqlə yanaşı müntəzəm olaraq yenilənməlidir. Peşə standartları və müvafiq olduqda kvalifikasiyaları əlaqələndirmək? |
|
2016-2022 |
ƏƏSMN |
2.3. Yeni profillərin yaradılması üzrə prioritetlər müntəzəm olaraq müəyyənləşdirilir |
|
|
2016-2022 |
ƏƏSMN |
2.4. Peşə standartları nəzərdən keçirilir və genişləndirilir |
Əlavə donor dəstəyinə ehtiyac varmı? Hal-hazırda, 275 standart təsdiqlənib və 75 təsdiq gözləyir. Gələcəkdə nə qədər standarta ehtiyac var? Onları təkmilləşdirmək üçün sistematik yenilənmə və rəy toplama prosesini necə təmin edə bilərik? Peşə Standartlarının inkişafı üzrə mövcud resurslar gücləndirilməlidirmi? |
|
davam edir |
ƏƏSMN (TN və sosial tərəfdaşların yardımı ilə) |
2.5. Peşə standartları maraqlı tərəflərlə birgə təsdiqlənir |
Bunun üçün prosedurlar mövcuddur, standartlar sahə nazirlikləri və aparıcı müəssisələr tərəfindən təsdiqlənir. Onlar dəyişdirilməlidirmi? |
|
davam edir |
ƏƏSMN |
2.6. Peşə standartları rəsmi olaraq təsdiqlənir |
Qəbul edilmiş standartlar ƏƏSMN tərəfindən təsdiqlənir və dərc edilir |
|
davam edir |
ƏƏSMN |
2.7. Peşə standartlarının dövlət məlumat bazası mövcuddur |
|
Əlavə donor dəstəyinə ehtiyac varmı? |
|
ƏƏSMN |
2.8. Digər mümkün fəaliyyətlər |
|
|
|
|
3. TƏHSİL STANDARTLARI VƏ KURİKULUMLARIN TƏLİM NƏTİCƏLƏRİ ƏSASINDA VƏ AZKÇ-ə UYĞUN OLARAQ YENİLƏNMƏSİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ |
||||
3.1. Kvalifikasiyalar (Təhsil standartları və ya Kvalifikasiya standartları) hazırlanıb və ya nəzərdən keçirilib |
8-ci səviyyə üçün fəlsəfə doktoru və elmlər doktoru standartları hazırlamaq Nazirlər Kabinetinin “Doktorantura ali təhsil səviyyəsi üzrə ixtisasların Təsnifatı” haqqında 2012-ci il 15 mart tarixli, 65 nömrəli qərarı (25 mart 2012-ci il) 399 ixtisası əhatə edir. 399 standarta ehtiyacımız olacaq? Tədris edilən Doktorantura dərəcələri üçün plan varmı? |
|
2017-2018 |
Ali Attestasiya Komissiyası
TN
Universitetlər
Elmlər Akademiyası |
6 və 7-ci səviyyələr üçün: Bütün standartlar AzKÇ ilə uyğunlaşdırılmalıdır (təlim nəticələri, səviyyələr, Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS)). Bakalavriat üzrə 154 və Magistratura üzrə 156 dövlət təhsil standartı yenidən işlənilməlidir. Ali səviyyələr üzrə 36 peşə standartı mövcuddur. AT üzrə standartların müəyyənləşdirilməsində iş dünyasının mümkün iştirakı dəqiqləşdirilməlidir. |
Aİ və/və ya Avropa Şurasından ekspert dəstəyi zəruri ola bilər
|
2017 |
TN
Universitetlər
|
|
5-ci səviyyə üçün Orta ixtisas təhsili üzrə təsnifata 156 ixtisas daxildir. Nazirlər Kabinetinin 2013-cü il dekabr tarixli, 354 nömrəli qərarından sonra, orta ixtisas təhsili üzrə 115 dövlət təhsil standartı nəzərdən keçirilib, lakin hələ də AzKÇ-ə uyğunlaşdırılmayıb. ATF-nin kvalifikasiya standartları üzrə apardığı tədqiqatda əks olunmuş konkret tövsiyələr mövcuddur. İş dünyası nümayəndələrindən daha çox töhfəyə ehtiyac varmı? Orta ixtisas təhslində islahatlar standartlara necə təsir edəcək. |
|
2017-2018 |
TN
Təhsil Problemləri İnstitutu Universitetlər Kolleclər
İş dünyasının nümayəndələri
|
|
3-4-cü səviyyələr üçün 56 kurikulum yenilənib, lakin digər proqramlar yenilənməyib. 9 istiqamətdə 216 ixtisas qrupundan 131 proqram tədris olunur. Həqiqətdə, nə qədər tələb olur? İxtisasları səviyyələr üzrə təsnif etmək mümkündürmü? Maraqlı tərəflər arasında iş bölgüsünü dəqiqləşdirə bilərikmi? |
Aİ proqramından dəstək veriləcək.
|
2016-2018 |
TN Texniki Peşə Təhsili və Təlimi Agentliyi Təhsil Problemləri İnstitutu ƏƏSMN
İş dünyasının nümayəndələri
|
|
1-2 və 4-cü səviyyə üçün Ümumi Təhsil İbtidai təhsil, orta təhsil və tam orta təhsil üzrə, o cümlədən təlim nəticələri üzrə əsas göstəricilərin də daxil olduğu dövlət standarlarının vahid toplusu mövcuddur. Ümumi təhsilin müxtəlif səviyyələri üçün ayrı-ayrı standartların müəyyənləşdirilməsi, mövcud boşluqların aradan qaldırılması məqsədilə orta təhsilin 12 ilədək artırılması üçün qiymətləndirməyə ehtiyac varmı (Bununla bağlı, kvalifikasiya standartları üzrə ATF tədqiqatına baxın)? |
|
2016-2017 |
Təhsil Nazirliyi
Təhsil Problemləri İnstitutu
|
|
YAŞLILARIN TƏHSİLİ
|
||||
Müxtəlif müəllim qrupları üzrə kvalifikasiyaların TN və Avropanın qabaqcıl praktikaları əsasında hazırlanmış müvafiq peşə standartları ilə uyğunlaşdırılması |
Donor dəstəyinə ehtiyac varmı? |
2018-2020 |
Təhsil Nazirliyi
|
|
Yaşlıların təhsili üçün keyfiyyət təminatı və sertifikatlaşdırma üzrə mövcud lisenziyalaşdırma prosesi daha da inkişaf etdirilməli və AzKÇ ilə uyğunlaşdırılmalıdır. Hansı standartlardan istifadə edilməlidir? Yaşlıların təhsilinin keyfiyyəti necə təmin edilməli və sertifikatlaşdırma necə aparılmalıdır? |
|
2016-2022 |
TN Texniki Peşə Təhsili və Təlimi Agentliyi Təhsil Problemləri İnstitutu ƏƏSMN İqtisadiyyat və Sənayə Nazirliyi
Digərləri |
|
3.2. Kvalifikasiyalar rəsmi olaraq təsdiqlənib |
Bütün Dövlət Təhsil Standartları Nazirlər Kabineti tərəfindən təsdiqlənir Peşə və kvalifikasiya standartları ƏƏSMN tərəfindən təsdiqlənir Ali təhsil üzrə dövlət standartı sahə meyarları və ya qiymətləndirmə tələblərini nəzərə alırmı? MKÇ reyestri yaradıldıqdan sonra, proqramların və ixtisaslaşmaların təsnifatlarına ehtiyac qalacaqmı? |
|
2016-2022 |
Nazirlər Kabineti
|
3.3. Kvalifikasiyaların Reyestrə daxil edilməsi üçün aydın meyar və prosedur hazırlanıb |
Dövlət təhsil standartlarının AzKÇ reyestrinə daxil edilməsi üçün minimum meyarları müəyyən edə bilərikmi? |
|
2016-2018 |
Nazirlər Kabineti TN Maraqlı tərəflərin koordinasiya qrupları |
4. KEYFIYYƏT TƏMİNATI PROSESLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ |
||||
4.1. Milli Reyestrlə yanaşı aşağıda qeyd olunanlar yaradılıb · Dövlət sənədlərini (kvalifikasiya/adətən diplom) təltif edən akkreditasiya olunmuş institutlar; · Akkreditasiya olunmuş tədris proqramları; · Təltif olunan kvalifikasiyalar (diplomlar, sertifikatlar və dövlət tərəfindən tanınan digər sənədllər). |
Təlimat və məlumat bazasının hazırlanması |
Təhsil Proqramı vasitəsilə Aİ dəstəyi |
2016-2019 |
TN
|
4.2. Təhsilverənlər/attestasiya qurumlari üzrə akkreditasiya sistemi tətbiq edilir |
Təhsilin İnkişafı üzrə Milli Strategiyaya əsasən, keyfiyyət əsas strateji prioritetdir. Bunun üçün kifayət qədər potensial varmı? Bu yanaşmanın təkmilləşdirilməsi üçün Avropa təcrübəsindən necə yararlanmaq olar?
|
Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması üzrə Aİ Tvinninq layihəsi
|
2016-2019 |
TN
|
4.3. Təhsilverənlər yeni kvalifikasiya təltif etmək üçün müraciət edə bilərlər |
Dövlət təhsil proqramları, akkreditasiya edilmiş proqramlar və təhsilverənlər arasında olan əlaqələr dəqiqləşdirilməlidir. |
Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması üzrə Aİ Tvinninq layihəsi?
|
2017-2018 |
TN
|
4.4. Təhsilverənlər yeni proqramlar hazırlamaq və təklif etmək üçün müraciət edə bilərlər |
Yuxarıda qeyd edildiyi kimi; Bu vəzifə üçün yeni təlimat, prosedur, İT alətləri və texniki dəstəyə ehtiyac var |
|
2018-2020 |
TN
|
4.5. Yeni proqramların tədrisi üçün təhsilverənlər akkreditasiya olunur/lisenziya alır |
|
|
2016-2019 |
TN
|
4.6. Təhsilverənlər üçün daxili KT prosedurlarının yaradılması üzrə təlimatlar mövcuddur. Təlimatlar Avropa Standartları və Təlimatları (ESG) və Peşə Təhsili və Təlimi üzrə Avropa Keyfiyyətin Təmin olunması Çərçivəsi (PTTAKTÇ, eng: EQAVET) ilə əlaqəlidir |
Belə təlimatlar bir çox ölkələrdə mövcuddur və onları təhlil edərək, tətbiq üçün qəbul etmək mümkündür. ENQA, EQAR-da (Ali Təhsildə Keyfiyyətin Təmin olunması üzrə Avropa Assosiasiyası, Ali Təhsildə Keyfiyyətin Təmin olunması üzrə Avropa Reyestri) qeydiyyatdan keçmiş agentliklər üzrə və EQAVET-in veb səhifəsində bu barədə məlumatlar mövcuddur. Keçən il Cedefop Peşə təhsili və təlimi verənlər üçün daxili keyfiyyətin idarəedilməsi və keyfiyyət mədəniyyətinin dəstəklənməsi adlı Məlumat Kitabçası nəşr edib http://www.cedefop.europa.eu/en/publications-and-resources/publications/3068 |
2014-cü il Təhsil Fəaliyyət Planı üzrə Aİ proqramı
|
2017-2020 |
TN
Texniki Peşə Təhsili və Təlimi Agentliyi
Universitetlər
Peşə təhsili və təlimi verənlər |
4.7. Təhsilverənlər qazanılan təlim nəticələrini müxtəlif keyfiyyət təminatı təşkilatlarının nəzarəti altında qiymətləndirir (summativ qiymətləndirmə)? |
Kvalifikasiyalara etimadın artırılması üçün qiymətləndirmə olduqca vacibdir. Qiymətləndirmə prosesinin obyektiv aparıldığını təmin etmək məqsədilə qiymətləndirmə və daxili yoxlayıcılar üçün xüsusi təlimatların olması və qiymətləndiricilər üçün təlim arzuolunandır. Summativ qiymətləndirmə üzrə qiymətləndirmə materialları təhsilverən tərəfindən hazırlandıqda, qiymətləndirmənin etibarlılığı və düzgünlüyü necə təmin ediləcək? Qiymətləndirmə meyarları və metodologiyası necə yoxlanılacaq? |
2014-cü il Təhsil Fəaliyyət Planı üzrə Aİ proqramı?
|
2019-2022
Qiymətləndirmə yalnız proqramlar tamamlandıqdan sonra aparılır
|
Akkreditasiya olunmuş təhsilverənlər TN (Kollec və Ali Təhsilin qiymətləndirilməsinin xarici keyfiyyət təminatı) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (ümumi təhsil) və tam orta təhsil almış (peşə liseyi) Texniki Peşə Təhsili və Təlimi məzunları Ali Attestasiya Komissiyası (fəlsəfə doktoru və elmlər doktoru) Texniki Peşə Təhsili və Təlimi Agentliyi Eləcə də Təhsil Problemləri İnsitutu (sınaqların hazırlanması)
|
4.8. Qiymətləndirmə nəticələri keyfiyyət təminatı təşkilatı tərəfindən təsdiqlənir və sertifikatlar verilir. |
Daxili və xarici təsdiqləmə və sertifikatların verilməsi üzrə təlimatlar. Hər hansı bir şəxsin qazanmadığı təhsil üzrə dövlət sənədini almamasını necə təmin edə bilərik? |
2014-cü il Təhsil Fəaliyyət Planı üzrə Aİ proqramı
|
2018-2019 |
TN
|
4.9. TN və ya hökümətin təhkim etdiyi hər hansı bir təşkilat Sıviyyə 1-7 üzrə bütün kvalifikasiyalar, o cümlədən ali təhsil (S 5-7) üzrə yekun qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin xarici təsdiqlənməsini həyata keçirir. |
Avropa Standartları və Təlimatları necə tətbiq ediləcək? |
Nazirlər Kabineti tərəfindən yeni qaydaların qəbulu mümkündürmü?
Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması üzrə Aİ Tvinninq layihəsi
|
|
TN Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ali Attestasiya Komitəsi Texniki Peşə Təhsili və Təlimi Agentliyi
|
4.10. Ali Attestasiya Komissiyası fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinin xarici qiymətləndirmə və sertifikatlaşdırılmasını həyata keçirir |
Doktorantura üzrə Avropa yanaşmasında mövcüd cari təlimat və prosedurların uyğunlaşdırılması, məs., http://www.ehea.info/Uploads/Seminars/050203-05_Monteil_speech.pdf http://www.ehea.info/article-details.aspx?ArticleId=144
|
|
2017-2019 |
Nazirlər Kabineti
Ali Attestasiya Komissiyası TN Elmlər Akademiyası Universitetlər |
4.11. Maraqlı tərəf və məzunlardan sistematik olaraq rəy toplanır |
Islahatların gedişatını monitorinq üçün tədqiqat planının hazırlanması |
Hökümətdən maliyyə təxsisatı tələb olunur |
2016 2018 2020 2022 |
TN Təhsil Problemləri İnstitutu Statistika Komitəsi Digərləri |
5. İCRA OLUNMANIN DƏSTƏKLƏNMƏSİ |
||||
5.1 Akkreditasiya olunmuş təhsilverənlər tərəfindən yeni proqramlar tədris olunur |
(Təsir gücü yaratmaq üçün önəmlidir, lakin AzKÇ-nin birbaşa əhatə dairəsində deyil) |
Təhsilin İnkişafı üzrə Strategiya Təhsil üzrə Aİ Dəstək Proqramı
|
|
|
6. KVALİFİKASİLAR, PROQRAMLAR, KARYERA, ÖMÜR BOYU TƏHSİL VƏ TANINMA İMKANLARI BARƏDƏ MƏLUMATLANDIRMA TƏKMİLLƏŞDİRİLİB |
||||
6.1. Yeni kvalifikasiyalar və tədris proqramları barədə məlumat maraqlı tərəflərə çatdırılıb |
AzKÇ veb səhifəsi və digər təşkilatlar üzrə məlumat bazaları Məlumat, İstiqamətləndirmə və Yönləndirmə xidmətləri
|
Hökümətdən maliyyə dəstəyi
2014-cü il Təhsil Fəaliyyət Planı üzrə Aİ proqramı
|
2018-2020 |
TN ƏƏSMN Dövlət Məşğulluq Xidməti Regional Universal Mərkəzlər (Təhsilin İnkişafı üzrə Milli Strategiyaya baxın 4.3) |
6.2. Məlumat təminatı və ömür boyu təhsilin, karyera inkişafının, AzKÇ və qeyri-formal və informal təhsilin təşviqi üçün kifayət qədər müxtəlif kommunikasiya alətləri mövcuddur |
Karyera məsləhətçilərinin təlimləndirilməsi Regional universal mərkəzlərin, Dövlət Məşğulluq Xidmətinin, məktəb və universitetlərin, QHT-lərin, şirkət və təşkilatlarda İnsan resursları işçilərinin şəbəkəsinin məsləhətçiləri üçün xəbərlər bülleteni
|
|
2018-2022 |
TN ƏƏSMN Dövlət Məşğulluq Xidməti Regional Universal Mərkəzlər Universitetlər Məktəblər QHT-lər İnsan Resursları işçilərinin şəbəkəsi |
6.3. Tələbə və Tədqiqatçılar arasında AzKÇ və Avropa Kvalifikasiyalar Çərçivəsi barədə məlumatlılıq artırılır (Mobillik üzrə Tərəfdaşlığa baxın) |
Kütləvi mətbuat və sosial mətbuat vasitəsilə məlumatlar yayılır. Azərbaycan və İngilis dilində AzKÇ və EQF broşurları həm nəşr, həm də yerli veb səhifələrdə elektron formada mövcuddur. AzKÇ və EQF arasında əlaqə izah edilib Mobillik üzrə Tərəfdaşlığa dair seminarın keçirilməsi mümkündür |
Mobillik üzrə Tərəfdaşlığın həyata keçirilməsinə Aİ-nin mümkün dəstəyi
|
2016-2018 |
TN
|
6.4. Kvalifikasiyaların əldə olunması üçün alternativ yollar üzrə, o cümlədən rəsmi sistemlər çərçivəsində alternativ yollar üzrə və qeyri-formal və informal təhsilin təsdiqlənməsi üzrə məlumat mövcuddur |
Karyera məsləhəti şəbəkələri ilə əlaqəli xüsusi broşur və məlumat vahidləri yuxarıda qeyd olunub Texniki Peşə Təhsili və Təlimi Agentliyində qeyri-formal və informal təhsilin tanınmasının həyata keçirilməsi üzrə mərkəzi koordinasiya vahidinin yaradılması mümkündür Təsdiqləmə imkanları və ya karyera sahəsində istiqamətləndirici veb səhifə ilə əlaqə Istiqamətləndirici işçilərin/məsləhətçilərin təlimi və məlumatlılıqlarının artırılması
|
|
2017-2019 |
Texniki Peşə Təhsili və Təlimi Agentliyi Maraqlı tərəflərin koordinasiya qrupları TN ƏƏSMN Dövlət Məşğulluq Xidməti Təhsilverənlər
|
|
|
|
|
|
7. TƏKMİLLƏŞDİRİLMİŞ (BEYNƏLXALQ) TANINMA PROSEDURLARI TƏTBİQ EDİLİR |
||||
7.1. AzKÇ Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi və EQF-ə uyğunlaşdırılıb |
Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsinə uyğun özünü sertifikatlaşdırma üçün boşluqların təhlili şəklində özünü sertifikatlaşdırma məşğələsi həyata keçirmək; boşluqların aradan qaldırılması və tövsiyələrin verilməsi üçün və boşluqların tədricən aradan qaldırılması üçün fəaliyyət planı hazırlamaq EQF-ə uyğunlaşdırmaq/əlaqələndirmək üçün prosedurların dəqiqləşdirilməsinə ehtiyac var
|
Donor dəstəyi arzuolunandır
Avropa Təlim Fondu və Avropa Şurası tövsiyə verməyə hazırdırlar |
2016-2020 Nəzərə alın ki, özünü sertifikatlaşdırma üçün tarix 2020-ci il təyin edilib və bu səbəbdən, məsələ təcili xarakter daşıyır
|
Maraqlı tərəflərin koordinasiya qrupları Icra olunma üzrə dəstək Erasmus+ Ofis TN
|
7.2. Özünü sertifikatlaşdırma hesabatı tamamlanıb |
Özünü sertifikatlaşdırma hesabatının layihəsi tamamlanıb Beynəlxalq ekspertlərin cəlb edilməsi Avropa Şurası və Bolonya Katibliyi və Bolonya prosesinin icrası üzrə işçi qrupla əməkdaşlıq |
Avropa Şurası |
2019-2020 |
TN
|
7.3. EQF ilə əlaqələndirmə və ya uyğunlaşdırma üzrə hesabat hazırlanıb |
İlk növbədə, prosedurlar dəqiqləşdirilməlidir (EQF Tövsiyəsi 2016-2017-ci illərdə təshih ediləcək), daha sonra fəal addımlar atmaq olar |
Mobillik üzrə Tərəfdaşlıq çərçivəsində dəstəyin verilməsi mümkündür
|
2020-2022 |
|
7.4. AzKÇ kvalifikasiyaların tanınması prosdurlarını dəstəkləmək üçün alət kimi istifadə olunur |
Azərbaycanda ENIC NARIC barədə indiki məlumatları genişləndirmək https://www.nostrifikasiya.edu.az/frontend/ Tanınma üzrə fəaliyyətlərin əhatəsini genişləndirmək AzKÇ-i təşviq etmək Lissabon Konvensiyasına olan Əlavəni: “Xarici kvalifikasiyaların tanınmasında kvalifikasiya çərçivələrinin istifadəsi üzrə Tövsiyə” tətbiq etmək |
|
2017-2022 |
ENIC-NARIC (Avropa Regionu üzrə İnformasiya Mərkəzləri Şəbəkəsi/Təhsil Sənədlərinin Tanınması üzrə İnformasiya Mərkəzləri Şəbəkəsi) üzrə əlaqələndirici şəxs
TN Universitetlər |
Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar
- Pilot Qiymətləndirmələr üzrə Təlimat Kitabçası
Mündəricat
1 Qiymətləndirmənin ümumi konsepsiyası və məqsədləri 3
2 Qiymətləndirmənin predmeti və nəticəsi 5
2.1 Qiymətləndirmə sahələri və meyarları 5
3.1 Beynəlxalq qiymətləndirmə qrupu 10
3.1.1 Qiymətləndirmə qrupunun tərkibi və fəaliyyət prinsipləri 10
3.1.2 Qiymətləndirmə qrupunun vəzifələri 12
3.2 Özünütəhlil və qiymətləndirmə üçün zəruri olan digər materiallar. 12
3.2.1 Özünütəhlil hesabatı üzrə təlimatlar. 13
3.2.3 Materialların təqdim edilməsi 13
3.4 Qiymətləndirmə qrupunun hesabatı 14
Azərbaycan Bolonya prosesinə 2005-ci ildə qoşulub. Məqsədi Avropa Ali Təhsil Məkanının yaradılması olan Bolonya prosesinin əsas elementlərindən biri keyfiyyət təminatı sahəsində beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə əsas alət Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlardır[1] (eləcə də ESG kimi tanınır). ESG-nin təshih edilmiş variantı Avropa Ali Təhsil Məkanının (AATM) ali təhsil sahəsi üzrə məsul nazirləri tərəfindən 2015-ci ilin may ayında təsdiqlənib. Sənədin təshih edilməsinə bütün iştirakçı tərəflər cəlb olunub. Beləliklə, bütün iştirakçı təşkilatlar və nazirliklər arasında Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatının hansı yollarla təkmilləşdirilə biləcəyi ilə bağlı fikir birliyi təmin edilib və bu, yuxarıda qeyd olunan sənədin həyata keçirilməsi üçün güclü zəmin yaradır.
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üzrə Tvinninq layihəsi (Az-ad-EHEA) Keyfiyyət Təminatı üzrə yeni Standart və Təlimatların Azərbaycan ali təhsilində tətbiqi üçün imkanlar yaradır. Tvinninq Aİ-yə üzv dövlətlərin və benefisiar və ya tərəfdaş ölkələrin dövlət qurumları arasında institusional əməkdaşlığı nəzərdə tutan bir Avropa İttifaqı alətidir. Azərbaycanda bu layihəni həyata keçirən və Aİ üzvü olan ölkələr isə Finlandiya və Estoniyadır.
Tvinninq layihələri həmkarlarla bərabərsəviyyəli əməkdaşlıq şəraitində konkret icbari nəticələrin əldə olunması məqsədilə Avropa İttifaqına üzv ölkələr və benefisiar ölkələrin dövlət qurumlarının peşəkar təcrübəsini bir araya gətirir. Azərbaycan ali təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatların (AzST) hazırlanması ilə bağlı bu layihə tərəfindən müəyyən edilmiş müvafiq icbari nəticə həmin standartların layihəsinin Avropa Standartları və Təlimatlarına uyğun olaraq hazırlanması və üç ali təhsil müəssisəsində sınaqdan keçirilməsindən ibarətdir.
ESG-nin əsas məqsədi ali təhsildə təlim və tədris, təlim mühiti ilə bağlı keyfiyyətin, eləcə də tədqiqat və innovasiyalarla müvafiq əlaqənin təmin edilməsindən ibarətdir. Bundan əlavə, müəssisələr tədqiqat və idarəçilik kimi digər sahələrdə keyfiyyətin təmin edilməsi və təkmilləşdirilməsi üzrə müvafiq siyasət və proseslərə malik olmalıdırlar. Bütün keyfiyyət təminatı fəaliyyətlərinin əsasında ali təhsil müəssisəsinin ictimaiyyət qarşısında hesabatlılığının formalaşdırılması və müəssisələrin inkişafının stimullaşdırılması kimi iki əsas məqsəd durur. Bu iki məqsəd birlikdə ali təhsil müəssisəsinin fəaliyyətinə etimad yaradan faktorlar hesab olunur. Müvəffəqiyyətlə həyata keçirilmiş keyfiyyət təminatı sistemi ali təhsil müəssisəsinin həyata keçirdiyi fəaliyyətin nə dərəcədə keyfiyyətli olması ilə bağlı ali təhsil müəssisəsinin özünün və ictimaiyyətin məlumatlandırılması (hesabatlılıq), eləcə də müəssisənin bu sahədəki fəaliyyətinin necə təkmilləşdirilə biləcəyi ilə bağlı məsləhət və tövsiyələrin (inkişafın stimullaşdırılması) verilməsi deməkdir. Beləliklə, keyfiyyət təminatı və keyfiyyətin stimullaşdırılması kimi proseslər qarşılıqlı surətdə əlaqəlidirlər. Bu iki proses tələbələr, akademik heyət və müəssisənin rəhbərliyini əhatə edən keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsinə yardım edə bilər.
ESG müxtəlif müəssisələr, agentliklər və ölkələr tərəfindən fərqli şəkildə tətbiq edilə və həyata keçirilə bilər. AATM siyasi sistemlərin, ali təhsil sistemlərinin, sosial-mədəni və təhsil ənənələrinin, dillərin, istəklərin və gözləntilərin müxtəlifliyi ilə xarakterizə olunur. Azərbaycanda ESG anlayışını formalaşdırmaq məqsədilə AATM Tvinninq layihəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən konkret təkliflər üzərində işlənilməsi məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupa Azərbaycan universitetləri və Təhsil Nazirliyinin nümayəndələri, bir nəfər tələbə və Finlandiya və Estoniyadan olan ekspertlər daxildir.
Qiymətləndirmələr dörd mərhələdə aparılacaq. İlk növbədə, ali təhsil müəssisəsinin özündə özünütəhlil həyata keçirilməli və qiymətləndirmə materialı hazırlanmalıdır. Sonrakı mərhələdə ekspertlərdən ibarət komanda materialları nəzərdən keçirəcək və daha sonra müəssisəyə səfər edəcək. Sonda isə qiymətləndirmənin nəticələri hesabat formasında dərc olunacaqdır.
Təlimat kitabçasının 2-ci fəslində qiymətləndirmə sahələri və qiymətləndirmənin yekun nəticəsi, 3-cü fəslində isə qiymətləndirmə prosesi əksini tapıb.
İnstitusional qiymətləndirmənin məqsədi ali təhsil müəssisələrinin strateji idarəetməsini dəstəkləmək, müəssisələrin daxili keyfiyyət təminatı prosedurlarına kənardan rəyin verilməsini təmin etmək və maraqlı tərəfləri tədris və təlim prosesinin və təlim nəticələrinin Keyfiyyət Təminatı üzrə Avropa Standarları və Təlimatlarına uyğun olub-olmaması barədə məlumatlandırmaqdır.
Pilot qiymətləndirmənin yekun nəticəsi olaraq ictimaiyyətə açıq olan hesabat dərc olunur. Bu hesabatda universitetdə təkmilləşdirməli olan sahələr üzrə tövsiyələr verilir və ali təhsil müəssisəsinin güclü tərəfləri və malik olduğu qabaqcıl təcrübə müəyyənləşdirilir.
Ali təhsil müəssisəsi öz missiyasını və keyfiyyət siyasətini/dəyərlərini müəyyənləşdirib. Müəssisənin inkişaf planı onun missiya bəyannaməsinə və keyfiyyət siyasətinə uyğundur və ölkənin prioritetləri və cəmiyyətin gözləntiləri nəzərə alınıb. Müəssisənin idarəçilik sistemi inkişaf planının missiya bəyannaməsi və keyfiyyət siyasətinə uyğun olaraq həyata keçirilməsini dəstəkləyir.
Təhsil proqramlarının tərtibi və hazırlanması zamanı müəssisənin təhsil məqsədləri, cəmiyyətin gözləntiləri, əmək bazarının ehtiyacları və aparılmış ən son tədqiqatlar nəzərə alınıb. Proqram nəticəsində əldə olunacaq kvalifikasiya milli kvalifikasiyalar çərçivəsinə və Avropa Kredit Transferi Sisteminin (AKTS) prinsiplərinə uyğundur.
Tədris və təlimdə tələbələrin təhsil ehtiyacları nəzərə alınır, çevik təhsil imkanları təmin edilir və tələbələr təlim prosesinin yaradılmasında fəal iştiraka ruhlandırılır.
Ali təhsil müəssisəsi elmi tədqiqat və işləmələr üzrə hədəflərini müəyyənləşdirib, bu hədəflərin icrasına nəzarət edilir və müəssisə tərəfindən tədqiqatın tədris və təlimlə əlaqəsi təmin edilir.
Müvafiq kvalifikasiyalara malik akademik heyət təhsil proqramının məqsədlərinin və təlim nəticələrinin, eləcə də tədris və təlimin keyfiyyətinin və davamlılığının əldə edilməsini təmin edir.
Təlim resurslarının və tələbələrə dəstəyin ayrılmasında, planlaşdırılmasında və təminatında tələbə yönümlü təlim və çevik təlim metodlarına keçid nəzərə alınır.
Qiymətləndirmə prosesi aşağıdakı dörd əsas mərhələdən ibarətdir:
3.1 Beynəlxalq qiymətləndirmə qrupu
3.1.1 Qiymətləndirmə qrupunun tərkibi və fəaliyyət prinsipləri
Qiymətləndirmə beynəlxalq qiymətləndirmə qrupu tərəfindən aparılır. Qrup beş üzvdən ibarətdir: yerli ali təhsil sistemi ilə tanış olan üç azərbaycanlı ekspert və iki beynəlxalq ekspert. Qiymətləndirmənin işçi dili ingilis dilidir.
Qiymətləndirmə qrupu və onun rəhbəri layihə rəhbərləri tərəfindən təyin olunur. Qrup üzvləri seçilərkən onların ali təhsil müəssisələrinin işçi heyətini, rəhbərliyini, eləcə də tələbələri təmsil etmələri nəzərə alınır. Bundan əlavə, mümkün olan halda qrupun işinə ali təhsil sektoruna aidiyyatı olmayan bir üzv də (əmək bazarının nümayəndəsi) cəlb olunur. Məqsəd qiymətləndirmə qrupuna ali təhsil müəssisələrinin xarici qiymətləndirilməsi sahəsində təcrübəyə malik bir neçə şəxs cəlb etməkdir.
Qiymətləndirmə qrupunun üzvləri qiymətləndiricilərlə eyni hüquqlara malikdirlər. Qrup öz üzvlərinin sırasından qrup rəhbərinin müavinini seçir. FİNEEC/EKKA təşkilatlarının nümayəndəsi olan layihə rəhbəri (eyni zamanda qiymətləndirmə üzrə məsul şəxs) ali təhsilin xarici qiymətləndirilməsi üzrə ekspert kimi qrupun fəaliyyətində iştirak edir və qrupun işini dəstəkləyir.
Qiymətləndirmə qrupunun üzvlərinə qoyulan tələblər bunlardır:
Qiymətləndirmə qrupunun rəhbərinə olan əlavə tələblər aşağıdakılardan ibarətdir:
Qiymətləndirmə qrupu yaradılmazdan öncə ali təhsil müəssisəsinə qrupun tərkibi, xüsusilə də hər hansı bir üzvün qrupdan kənarlaşdırıılması baxımından rəy vermək imkanı verilir.
Ekspertlər qiymətləndirmə ilə bağlı onların üzərinə düşən vəzifələr, əldə edəcəkləri qonorar və görəcəkləri işlə bağlı digər şərtlərin müəyyənləşdirildiyi müqaviləyə imza atırılar.
3.1.2 Qiymətləndirmə qrupunun vəzifələri
Qiymətləndirmə qrupunun üzvlərinin vəzifələrinə aşağıdakılar daxildir:
Qiymətləndirmə qrupu rəhbərinin üzərinə düşən digər vəzifələrə aşağıdakılar daxildir:
Layihə menecerinin vəzifələrinə aşağıdakılar daxildir:
Qiymətləndiriləcək ali təhsil müəssisəsi FİNEEC/EKKA təşkilatları və müəssisə arasında ünsiyyətin təşkilinə cavabdeh olacaq öz əlaqələndirici şəxsini təyin edir.
[1] Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatları (Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyası, 2015-ci il) bu keçiddən yükləmək mümkündür - http://www.enqa.eu/index.php/home/esg.
Komponent və Fəaliyyət:
Komponent: 2. Koordinasiya və Şəbəkələşmə
Fəaliyyət 2.7: Kommunikasiya Strategiyası
QME: Liia Lauri
Missiya 2: 13.06.2016 - 17.06.2016
Kommunikasiya Strategiyası
Məzmun
Tvinninq layihəsinin məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya və ölkənin 2005-ci ildə qoşulduğu Bolonya prosesinin gücləndirməsi yolu ilə Azərbaycan ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyini (TN) dəstəkləməkdir. Digər bir məqsəd isə Bolonya ilə bağlı siyasətlərin hazırlanması və AATM-in məqsədləri və istinad alətlərinin həyata keçirilməsi üçün Təhsil Nazirliyi və digər müəssisələrin institusional potensialının artırılmasıdır. Layihənin məqsədi ali təhsil sahəsində Avropa Ali Təhsil Məkanı və Avropa əməkdaşlığını təşviq etmək, bununla da, rəqabətədavamlılıq və sosial rifahı təmin etmək məqsədi ilə məzunların kompetensiyasını, eləcə də tədqiqatın və innovasiyasının keyfiyyətini təkmilləşdirməkdir.
Layihənin Şəbəkələşmə və Koordinasiya üzrə 2-ci Komponentinin Kommunikasiya Strategiyası adlı 2.7 saylı Faəliyyətinin məqsədi AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə ictimai məlumatlılıq və kommunikasiya strategiyasının hazırlanmasında Təhsil Nazirliyinə yardım etməkdir. Hədəf AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə potensialı və məlumatlılığı yaxşılaşdıracaq müəssisədaxili və müəssisələrarası koordinasiya və şəbəkələşmə mexanizmlərinin yaradılmasında TN-ə yardım göstərməkdir. Bolonya prosesi dövlət orqanlarının, universitetlərin, müəllimlərin, tələbələrin, maraqlı tərəflərin assosiasiyalarının, işəgötürənlərin, keyfiyyət təminatı agentliklərinin, beynəlxalq təşkilatların və müsəssisələrin, o cümlədən Avropa Komissiyasının müştərək səyidir və bu prosesin müvəffəqiyyətlə həyata keçirilə bilməsi üçün səmərəli koordinasiya, kommunikasiya və şəbəkələşmə önəmlidir.
Layihə çərçivəsində iki beynəlxalq ekspert cəlb edilməklə Kommunikasiya Strategiyası hazırlanmışdır. Kommunikasiya Strategiyasının layihəsi birinci missiya ərzində TN və maraqlı tərəflərlə keçirilən görüşlər və seminar zamanı qabaqcıl praktikalar nəzərə alınmaqla hazırlanmışdır. İkinci missiya zamanı əsas kommunikasiya mesajları, məlumat və kommunikasiya alətləri, kanalları və fəaliyyətləri hər bir maraqlı tərəf qrupuna əsasən təkmilləşdirildi və prioritetləşdirildi. Strategiyanın həyata keçirilməsi üzrə vaxt çərçivəsi və həyata keçirilmənin qiymətləndirilməsi TN və görüşlərdə iştirak edən maraqlı tərəflərlə müzakirə edildi. Hədəf qrupları, kommunikasiya alətləri və fəaliyyətləri, eləcə də qiymətləndirmə imkanları Strategiyaya Əlavədə öz əksini tapıb.
Azərbaycanın Bolonya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq ölkədə AATM (Avropa Ali Təhsil Məkanı) ilə bağlı məlumatlılıq aşağı səviyyədədir. Eləcə də Azərbaycanın ali təhsil sistemində son dövrlərdə baş verən yeniliklər barədə məlumatlılıq qənaətbəxş deyil. TN-nin müxtəlif şöbələri və maraqlı tərəflər arasındakı AATM məsələləri ilə bağlı kommunikasiya və şəbəkələşmə qeyri-sistematikdir. TN və universitetlərdə çalışanlar işə düzgün yanaşma nümayiş etdirsələr də, AATM ilə bağlı fəaliyyətlər üzrə kommunikasiya daha yaxşı koordinasiya və şəbəkələşmə tələb edir. Bu, onun həyata keçirilməsinə cəlb olunmuş insanların əlavə olaraq yüklənməsinin qarşısını ala bilər. Bundan əlavə, Azərbaycanda AATM standartları və təlimatları anlayışının yayılmasını təmin edə biləcək və azərbaycan dilində hazırlanmış oxunaqlı, izahlı, istifadəsi asan, məlumatlandırıcı materiallar çatışmır.
Tövsiyələr
Kommunikasiya Strategiyasının məqsədi TN və Ali Təhsil Müəssisələri (ATM) arasında koordinasiya və şəbəkələşməni genişləndirmək və maraqlı tərəflərin AATM-də və Azərbaycan ali təhsilində olan yeniliklər barədə məlumatlı olmalarını təmin etmək üçün ATM-lərin maraqlı tərəflərlə daha sıx əməkdaşlığına yardım etməkdir.
Strategiyanın növbəti bölmələrində kommunikasiyanın əsas mesajları, əsas hədəf qrupları və həmin qruplarla əlaqə qurmaq üçün kommunikasiya kanalları və alətlərindən bəhs olunur və uyğun qiymətləndirmə yanaşmaları təklif edilir.
Spesifik məqsədlər
Kommunikasiya Strategiyasının əsas məqsədləri aşağıdakılardır:
AATM və Bolonya məqsədlərinin müvəffəqiyyətli olması üçün ümumi hədəflər layihə razılaşmasında əksini tapıb. Koordinasiya, kommunikasiya və şəbəkələşmə baxımından kommunikasiyanın təkmilləşdirilməsi aşağıdakı hədəflərin əldə edilməsinə töhfə verə bilər:
AATM və Bolonya ilə bağlı məsələlər üzrə məlumat ehtiyacları və bu məsələlərin əhəmiyyət dərəcəsi nəzərə alınmaqla beş əsas hədəf qrupu müəyyənləşdirilmişdir: siyasəti formalaşdıran tərəflər, universitetlər, işəgötürənlər, daha geniş ictimai auditoriya, Avropa təşkilatları və beynəlxalq təşkilatlar.
Daha spesifik hədəf qruplarını müəyyənləşdirmək üçün bu qruplar aşağıdakı şəkildə təsnif edilib:
Siyasəti formalaşdıran tərəflər
Universitetlər və digər ATM-lər
İşəgötürənlər
Daha geniş auditoriya
Avropa və beynəlxalq təşkilatlar
Bütün hədəf qrupları kommunikasiya şəbəkəsinə (mümkün) tərəfdaş və ya əsasən təmin edilən məlumatın istifadəçiləri kimi cəlb edilə bilmə imkanları nəzərə alınmaqla müəyyən olunub.
Bu məlumat Strategiyaya Əlavədə əhatə olunub.
Layihənin məqsədi ali təhsil sahəsində Avropa Ali Təhsil Məkanı və Avropa əməkdaşlığını təşviq etmək, bununla da, rəqabətədavamlılıq və sosial rifahı təmin etmək məqsədi ilə məzunların kompetensiyanı, eləcə də tədqiqatın və innovasiyasının keyfiyyətini təkmilləşdirməkdir. Koordinasiya, kommunikasiya və şəbəkələşmənin hədəfi auditoriyanı və hədəf qruplarını AATM və Bolonya məsələləri ilə bağlı məsələlər üzrə məqsədlərimizə doğru yönəltməkdir. Kommunikasiya məlumatı və məzmunu vasitəsi ilə məqsədlərimizə nail olmaq və auditoriya və hədəf qruplarını səfərbər etmək üçün önəmli mesajlar çatdırılır. Layihə sənədləri və benefisiar ölkənin tərəfdaşları ilə keçirilən görüşlər və seminar zamanı əldə olunan rəylər əsasında Azərbaycanda AATM və Bolonya prosesi üzrə aşağıdakı mesajlar formalaşdırılıb.
Əsas mesajlar:
Buraya aşağıda qeyd olunanlar üzrə məlumat daxildir:
Azərbaycanda olan yeniliklər:
Strategiyaya Əlavədə təsvir edilən müxtəlif növ kommunikasiya kanalları və alətlərindən istifadə edərkən qeyd olunan əsas mesajlardan yararlanmaq tövsiyə olunur.
Kommunikasiya Strategiyası hədəf auditoriya qruplarının müxtəlif kateqoriyaları ilə səmərəli ünsiyyət qurmaq məqsədi ilə fərqli kanal və alətlərdən və ya onların kombinasiyasından yararlanmağı tövsiyə edir. TN-də PR şöbəsi mövcuddur və həmin şöbə AATM və Bolonya prosesi üzrə kommunikasiya fəaliyyətlərinin hazırlanmasına və həyata keçirilməsinə səmərəli dəstək göstərə bilər. Məsələn, benefisiar ölkə tərəfdaşları ilə müzakirələrdən belə məlum oldu ki, ATM tələbələri ilə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdən, eləcə də Karyera Mərkəzlərindən yararlanmaq daha məqsədəuyğundur. Kommunikasiya kanallarının və alətlərinin ilkin siyahısı birinci missiya ərzində benefisiar ölkə tərəfdaşları ilə keçirilən görüşlər və seminar zamanı hazırlanıb və ikinci missiya ərzində təkmilləşdirilib. Təklif edilən kommunikasiya kanalları və alətləri aşağıdakılardır:
Birbaşa kommunikasiya
Daha geniş auditoriyanı əhatə etmək üçün universitet rəhbərliyi, akademik heyət, tyutorlar, Karyera Mərkəzləri, Keyfiyyət Şöbələri, Ali Təhsildə İslahatlar üzrə ekspertlər, tələbə təşkilatları, işəgötürənlərin (təşkilatlar) nümayəndələri, Avropa və beynəlxalq təşkilatları və mətbuat nümayəndələrini ilə birbaşa kommunikasiya aparılır.
Keçirilmiş tədbirlərdən sonra universitetlər daxilində və arasında məlumat mübadiləsini asanlaşdırmaq üçün maraqlı tərəflərin təyin edilmiş nümayəndələri ilə müntəzəm rəsmi görüşlərdən yararlanmaq tövsiyə olunur.
Onlayn kommunikasiya
Oflayn kommuniyasiya/çap olunan materiallar
Tələbələr (gələcək), valideynlər, eləcə də ATM-lərin qısa məlumatla təmin edilməsi məqsədi ilə Azərbaycanda ali təhsil yenilikləri barədə broşurun nəşr edilməsini nəzərdən keçirmək olar. Bu, ATM-lərə vaxt və resurslarına qənaət etmək imkanı verə bilər.
Vaxtın təyin olunması
Müxtəlif maraqlı tərəflərlə ünsiyyətin qurulması və məlumatın çatdırılması üçün konkret vaxtın təyin olunması TN və maraqlı tərəflərlə müzakirələr zamanı qeyd olundu. Tədris ili ərzində müəyyən vaxtın təyin edilməsi hədəf auditoriyalarla kommunikasiya üçün zəruri imkanlar yarada bilər. Görüşlər və seminar zamanı AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə kommunikasiya üçün vaxtın təyin edilməsi baxımından aşağıda qeyd olunan nəticələrə gəlindi:
Müxtəlif vaxtlar təyin edilərkən müxtəlif hədəf auditoriyaların ehtiyacları nəzərə alınmalıdır.
Vizual obraz və brendin yaradılması
Tövsiyə edilir ki, Azərbaycandakı AATM fəalliyyətlərinin vahid visual obrazı davamlı və müntəzəm olaraq fərqli kommunikasiya vasitələri və alətlərinə tətbiq olunsun. Vizal obraz və brend uzunmüddətli perspektiv və dayanaqlılıq nəzərə alınmaqla hazırlanmalıdır. AATM üzrə məlumatın təşviqi üçün hazırlanacaq vizual elementlər, ilk növbədə, bunun beynəlxalq təcrübənin nəticəsi olduğunu nümayiş etdirməlidir.
Koordinasiya, şəbəkələşmə və kommunikasiyanın davamlı inkişafı üçün Kommunikasiya Strategiyası və onun icrası qiymətləndirilməli və ona rəy verilməlidir. Misal üçün, koordinasiya və şəbəkələşmə baxımından TN, universitet və maraqlı tərəflər arasında əlaqələrin nə dərəcədə qurulduğu, qorunub saxlanıldığı və inkişaf etdirildiyi qiymətləndirilə bilər. Bundan əlavə, qiymətləndirmə zamanı universitet heyətinin və tələbələrin və digər maraqlı tərəflərin Bolonya prosesinin inkişaf etdirilməsində nə dərəcədə iştirak etdikləri və həvəsli olduqları dəyərləndirilə bilər. Benefisiar ölkə tərəfdaşları aşağıdakı qiymətləndirmə metodologiyalarını təklif edirlər:
Layihə Kommunikasiya Strategiyasını və Azərbaycandakı AATM və Bolonya prosesi ilə bağlı icra fəaliyyətlərinin nəticələrini qiymətləndirmək məqsədi ilə müvafiq qiymətləndirmə metodologiyalarının və alətlərinin hazırlanmasında TN-i dəstəkləyəcək.
Layihənin Şəbəkələşmə və Koordinasiya üzrə 2-ci Komponentinin Kommunikasiya Strategiyası adlı 2.7 saylı Faəliyyətinin məqsədi AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə ictimai məlumatlılıq və kommunikasiya strategiyasının hazırlanmasında Təhsil Nazirliyinə yardım etməkdir. Kommunikasiya Strategiyası müxtəlif hədəf auditoriya qruplarının AATM və Bolonya prosesi barədə səmərəli məlumatlandırılması sahəsində atılmalı olan başlıca addımları nəzərdə tutur. Strategiyanın həyata keçirilməsi üçün çərçivə Strategiyaya Əlavədə əksini tapıb. Kommunikasiya alətləri və fəaliyyətləri hər hədəf qrupu kontekstində təsvir edilib. Növbəti addım TN-də və müvafiq maraqlı tərəflərlə birgə fəaliyyətlərin həyata keçirilməsini davam etdirməkdir.
Elm haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Bu Qanun ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. alim – elmi dərəcəsi və elmi əsərləri olan tədqiqatçı;
1.0.2. assistent – elmi köməkçi və ya elmi vəzifə;
1.0.3. eksperimental tədqiqatlar – elmi araşdırmalar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqat;
1.0.4. elm – hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsi;
1.0.5. elmi ekspertiza – elmi işin, elmi-texniki fəaliyyətin elmi, texniki və ictimai-siyasi tələblərə uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi və qiymətləndirilməsi;
1.0.6. elmi ekspertizanın subyektləri – ekspertizanın sifarişçiləri, icraçıları (dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq təşkilatlar), hüquqi və fiziki şəxslər (ekspertlər) və digər iştirakçılar;
1.0.7. elmi ekspertizanın obyektləri – elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları;
1.0.8. elmi etika – elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi işçilərin, müstəqil elmi araşdırmalarla məşğul olan digər şəxslərin elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının məcmusu;
1.0.9. elmi fəaliyyət – elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi;
1.0.10. elmi fəaliyyətin istiqamətləri – fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası və yüksəkixtisaslı elmi kadrların hazırlanması;
1.0.11. elmi fəaliyyət subyektləri – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları;
1.0.12. elmin və elmi fəaliyyətin növləri – fundamental, tətbiqi və eksperimental (məzmununa görə); təbiət, texniki, humanitar və ictimai (predmetinə görə); akademik, empirik, innovativ, nəzəri və tətbiqi (istiqamətinə görə);
1.0.13. elmi innovasiya– elmi fəaliyyətin məzmun və vasitələrinin (tədqiqat metodları, üsulları və digər), elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması;
1.0.14. elmi innovasiya fəaliyyəti – elmi tədqiqatlar əsasında formalaşan, idarəetmə sisteminin təkmilləşdirilməsini və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin (elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar, brendlər, ticarət və əmtəə nişanları və digər) yaradılmasına və onların tətbiq edilməsinə yönəlmiş fəaliyyət;
1.0.15. elm və innovasiya fondları – elmi tədqiqatların qrant şəklində məqsədli maliyyələşdirilməsini həyata keçirən qeyri-kommersiya statuslu hüquqi şəxs;
1.0.16. elmi innovasiya subyektləri – əsas funksiyaları və təyinatı mütərəqqi xarakterli yeniliklər yaratmaq və reallaşdırmaqdan ibarət olan hüquqi və fiziki şəxslər;
1.0.17. elmi iş – elmi nəticə əldə etmək məqsədilə aparılan sistemli tədqiqat;
1.0.18. elmi işçi – elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan tədqiqatçı və ya seçkili vəzifə;
1.0.19. elmi məhsul (elmi nəticə) – elmi və elmi-texniki fəaliyyətin tətbiqi üçün nəzərdə tutulan, konkret informasiya daşıyıcısında əks olunan, maddi və ictimai dəyərə malik nəticə (yeni biliklər, texniki həllər, işləmələr və digər);
1.0.20. elmi məhsullar və xidmətlər bazarı – elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar;
1.0.21. elmi məktəb – uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlara, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünü inkişaf qabiliyyətli elmi fəaliyyət subyekti;
1.0.22. elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs;
1.0.23. elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;
1.0.24. elmi tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə;
1.0.25. elm-təhsil və innovasiya kompleksi (klaster) – elmtutumlu məhsulların istehsalını və satışını həyata keçirmək məqsədilə fundamental və tətbiqi tədqiqatları, təcrübi-konstruktor işləmələrini, təhsil və sahibkarlıq fəaliyyətini özündə birləşdirən innovasiya strukturu;
1.0.26. elmi yaradıcılıq – bilavasitə elmi tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi;
1.0.27. fundamental elmi tədqiqatlar – təbiətin və cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlar;
1.0.28. impakt faktor – dövri elmi nəşrin reytinqini müəyyən edən təsir göstəricisi;
1.0.29. istinad indeksi – tədqiqatçının elmi əsərlərinə edilən istinadların sayı ilə müəyyən edilən göstərici;
1.0.30. milli innovasiya sistemi – ölkə hüdudunda elmi bilik və texnologiyaların istehsalı və kommersiya və ya qeyri-kommersiya əsasında reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusu;
1.0.31. nostrifikasiya və təkrar attestasiya – xarici ölkədə alınmış elmi dərəcə və ya elmi adlar haqqında sənədlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması proseduru;
1.0.32. rəsmi opponent – dissertasiyanın aktuallığını, elmi yeniliyinin orijinallıq dərəcəsini və əhəmiyyətini qiymətləndirmək məqsədilə dissertasiya şurası tərəfindən təyin edilən və müvafiq elmi dərəcəyə malik olan şəxs;
1.0.33. texnoloji inkubator – innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxs;
1.0.34. texnopark – yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur (ərazi) və ya hüquqi şəxs;
1.0.35. texnopolis – elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanması və istehsalata tətbiq edilməsi məqsədilə yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, “beyin mərkəzlərinə”, zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi;
1.0.36. tədqiqatçı – elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak edən ali təhsilli şəxs;
1.0.37. tədqiqat universiteti – elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzi;
1.0.38. tətbiqi elmi tədqiqatlar – əsasən praktik məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlar;
1.0.39. yüksəkixtisaslı elmi kadr – fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs;
1.0.40. ali attestasiya orqanı – yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum.
Maddə 2. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Elm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan subyektlərin kоnstitusiya hüquqlarının təmin edilməsi, qоrunması və elm sahəsində mövcud olan münasibətlərin tənzimlənməsinin təşkilati-hüquqi bazasının yaradılmasından ibarətdir.
Maddə 3. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri
3.1. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. elmi yaradıcılıq və tədqiqat azadlığı (sərbəstliyi);
3.1.2. azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların aparıcılığının təmin edilməsi;
3.1.3. elmi etikanın qorunması;
3.1.4. elmin ictimai həyata inteqrasiyası;
3.1.5. elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi;
3.1.6. sağlam rəqabətin təmin edilməsi;
3.1.7. beynəlxalq səviyyəyə uyğunluq;
3.1.8. elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı;
3.1.9. elm, təhsil və iqtisadiyyatın vəhdəti;
3.1.10. əqli mülkiyyət hüququnun qorunması;
3.1.11. dünya elm məkanına inteqrasiya.
3.2. Elm sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
3.2.1. elmin davamlı və sistemli inkişafının təmin edilməsi;
3.2.2. elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması;
3.2.3. cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi;
3.2.4. elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi;
3.2.5. elm, təhsil, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı münasibətlərində inteqrativ bağlılığın və dialektik vəhdətin təmin edilməsi;
3.2.6. ölkə üzrə elmi məktəblərin yaradılması, qorunması və inkişafının stimullaşdırılması;
3.2.7. elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərinin müəyyən edilməsi və inkişafının stimullaşdırılması;
3.2.8. elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə təmsil olunması və təbliğ edilməsi;
3.2.9. elm sahəsində çalışan və elmi fəaliyyətlə məşğul olan elmi işçilərin maddi rifahının və sosial təminatının yüksəldilməsi.
3.3. Elm sahəsində dövlət siyasətinin əsas prioritetləri aşağıdakılardır:
3.3.1. Azərbaycan xalqının etnogenezinin, tarixi, dili, ədəbiyyatı, incəsənəti və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, maddi və mədəni irsinin, iqtisadi, fəlsəfi, hüquqi və ictimai-siyasi fikrin təkamülü prosesinin və inkişaf mərhələlərinin hərtərəfli tədqiqi;
3.3.2. Azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi;
3.3.3. ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsində, demokratik-hüquqi dövlət quruculuğunda, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində elmin rolunun gücləndirilməsi;
3.3.4. multikulturalizm təliminin elmi əsaslarının öyrənilməsi, cəmiyyət həyatındakı rolunun və əhəmiyyətinin tədqiq edilib ümumiləşdirilməsi;
3.3.5. dini-mənəvi dəyərlərin, dinlərarası dialoq və tolerantlıq təcrübəsinin mahiyyətinin və əhəmiyyətinin tədqiq edilməsi və elmi şəkildə ictimaiyyətə çatdırılması;
3.3.6. Azərbaycanın təbii ehtiyatlarının geoloji, coğrafi, ekoloji və iqtisadi cəhətdən qiymətləndirilməsi;
3.3.7. müxtəlif elm sahələri üzrə ekspedisiyaların və çöl təcrübələrinin keçirilməsi, onların nəticələrinin təhlil edilib dəyərləndirilməsi;
3.3.8. ölkənin karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, neft, neft-kimya sənayesi sahələrinin və qeyri-neft sektorunun inkişafı, modernləşdirilməsi və şaxələndirilməsi problemlərinin öyrənilməsi;
3.3.9. milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma və sosial inkişaf problemlərinin tədqiqi;
3.3.10. Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişaf problemlərinin və inkişaf modelinin iqtisadi, sosial, fəlsəfi və hüquqi əsaslarının sistemli tədqiq olunması;
3.3.11. biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi;
3.3.12. elmtutumlu istehsal sahələri və alternativ enerji mənbələri, nano, bio, genotexnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və digər yüksək texnologiyalar sahəsində tədqiqatların aparılması;
3.3.13. kosmosun tədqiqi və bununla bağlı olan digər elm sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi;
3.3.14. elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsi.
3.4. Elmin inkişaf prioritetlərinin zənginləşdirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
3.4.1. nəzəri-metodoloji tədqiqatların praktiki təcrübə əsasında dəyərləndirilməsi;
3.4.2. elmin inkişafının ölkənin sosial-siyasi, iqtisadi və mədəni tərəqqisinin strateji məqsədlərinə xidmət etməsinə nail olunması;
3.4.3. elm sahələri üzrə elmi tədqiqatların inteqrativ xarakterinin formalaşdırılması;
3.4.4. elmi innovasiya tipli tədqiqatların üstün mövqeyinin ayrı-ayrı elmi istiqamətlərin qarşılıqlı əlaqəsi əsasında yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi.
Maddə 4. Elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri
4.1. Dövlət elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatlar üçün bərabər şərait yaradır və onların fəaliyyətini stimullaşdırır.
4.2. Elmi innovasiya sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə reallaşdırılır:
4.2.1. dövlət innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi;
4.2.2. innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq təşkilati işlərin görülməsi;
4.2.3. elmi innovasiya subyektlərinin – inteqrativ elm, təhsil və sahibkarlıq mərkəzlərinin (zonaların), texnopolislərin, elmi texnologiya parklarının, texnoloji inkubatorların, innovasiya fondlarının, innovasiyalar üzrə məlumat informasiya bankının yaradılması və inkişaf etdirilməsi;
4.2.4. rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsi;
4.2.5. inkişaf etmiş ölkələrin biliklərə əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və problemlərinin öyrənilməsi, ölkənin inkişaf strategiyasının hazırlanmasında və reallaşdırılmasında onlardan istifadə edilməsi.
Maddə 5. Elmin inkişafı üzrə məqsədli proqramlar
5.1. Azərbaycan Respublikasında elmin inkişafına dair məqsədli proqramlar elmin prioritet istiqamətləri üzrə dövlət siyasətinin yerinə yetirilməsi məqsədilə hazırlanır və həyata keçirilir.
5.2. Elmin inkişafı üzrə məqsədli proqramlar elmin konkret sahələri və prioritetləri üzrə yeni biliklərin, texnologiyaların və konkret elmi-praktiki nəticələrin əldə edilməsi və onların cəmiyyət həyatında tətbiqini nəzərdə tutur.
5.3. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən elmin inkişafı üzrə məqsədli proqramlar və ayrı-ayrı fundamental və tətbiqi elmi tədqiqat layihələri (hərbi məqsədlər üçün nəzərdə tutulan layihələr istisna olmaqla) müsabiqə yolu ilə müəyyən edilir.
Maddə 6. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri
6.0. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.0.1. elmin inkişafına dair vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
6.0.2. elmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması;
6.0.3. elmin prioritet inkişaf sahələrinin və istiqamətlərinin müəyyən edilməsi, həmin istiqamətlər üzrə dövlət proqramlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;
6.0.4. regionların kompleks iqtisadi, sosial və mədəni inkişaf proqramlarının hazırlanması və elmi cəhətdən əsaslandırılması; regionlarda elmi fəaliyyətin inkişafı üçün müvafiq infrastrukturun və digər zəruri şəraitin yaradılması;
6.0.5. ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı olan elmi fəaliyyət sahələrinin himayə edilməsi;
6.0.6. elmi fəaliyyət subyektləri üçün azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılması, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün şəraitin yaradılması;
6.0.7. Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların prioritetliyinin və həyata keçirilməsinin təmin edilməsi;
6.0.8. Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, maddi və mədəni irsin, abidələrin və Azərbaycan xalqının etnogenezinin öyrənilməsinə xüsusi diqqət yetirilməsinin təmin edilməsi;
6.0.9. elmi fəaliyyətin cəmiyyətin və iqtisadiyyatın inkişafına istiqamətləndirilməsi, onun açıqlığının, dünya elmi məkanına inteqrasiyasının təmin edilməsi, ölkədə biliklər cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində, davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli inkişafın təmin edilməsində elmin prioritet rolunun müəyyən edilməsi;
6.0.10. elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunmasına şəraitin yaradılması;
6.0.11. müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji müəssisələrin inkişafının və elmi potensialının yüksəldilməsinin prioritetliyinin təmin edilməsi;
6.0.12. təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun təmin edilməsi;
6.0.13. yüksək ixtisaslı elmi kadr hazırlığının və elmin nailiyyətlərinin stimullaşdırılması, ölkənin maliyyə-iqtisadi imkanlarına uyğun olaraq elmi işçilərin, o cümlədən gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması;
6.0.14. yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti olan, müstəqil dövlətçiliyin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə imkan yaradan, ölkənin iqtisadi inkişafına kömək edən, yeni texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə səbəb olan elmi tədqiqat işlərinin dəstəklənməsi və mükafatlandırılması;
6.0.15. elmi fəaliyyət sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması və bu məqsədlə sərmayəçilərə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada güzəştlərin verilməsi;
6.0.16. müxtəlif elm sahələri üzrə çöl təcrübələrinin və ekspedisiyaların təşkili və onların işinə nəzarətin təmin edilməsi;
6.0.17. elm sahəsinin inkişafına ayrılan dövlət büdcə vəsaitlərinin həcminin və qrantların məbləğinin müəyyən edilməsi və bu vəsaitlərdən səmərəli istifadə olunmasına dövlət nəzarətinin təmin edilməsi;
6.0.18. fundamental, tətbiqi və innovasiya xarakterli tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi;
6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının, təhsil qurumlarının yaradılması;
6.0.20. əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;
6.0.21. elmi nəticələrin və məhsulların mənimsənilməsi halları üzrə məsuliyyətin müəyyən edilməsi;
6.0.22. əqli mülkiyyət hüquqlarının təmin edilməsinə nail olmaq;
6.0.23. elmi işçilərin sosial müdafiəsinin təmin edilməsi, o cümlədən elm sahəsində xidmətləri olan görkəmli elm xadimlərinə xüsusi qayğı göstərilməsi və onların elmi fəaliyyətləri üçün lazımi şərait yaradılması;
6.0.24. elmi müəssisə və təşkilatların akkreditasiyasının, elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyasının təmin edilməsi;
6.0.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna uyğun olaraq, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin tanınması və bərabər tutulması;
6.0.26. elmi fəaliyyətin informasiya təminatının və informasiya resurslarına çıxışın və statistik məlumat sisteminin yaradılmasının təmin edilməsi;
6.0.27. dövlət orqanları, elmi müəssisə, təşkilat və ali təhsil müəssisələrinin və fəaliyyətinin əlaqələndirilməsi;
6.0.28. elmi dərəcələrin və elmi adların, o cümlədən onları təsdiq edən vahid formalı dövlət sənədlərinin verilmə qaydalarının müəyyən edilməsi;
6.0.29. elmi fəaliyyət subyektlərinin haqsız rəqabətdən müdafiə edilməsi;
6.0.30. elmi nəticələrin və müasir texnologiyaların tətbiqinə şərait yaradılması;
6.0.31. elmi kadr tələbatının müəyyən olunması, dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması, stajkeçmə və ixtisasartırmanın təmin edilməsi;
6.0.32. humanizmə, insan həyatına və cəmiyyətin sabitliyinə zidd olan, ölkənin milli təhlükəsizliyinin və ekoloji tarazlığın pozulmasına səbəb ola bilən elmi texnologiyaların hazırlanmasının və tətbiqinin qarşısının alınması;
6.0.33. elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elm sahəsi üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi;
6.0.34. beynəlxalq müqavilələrin icrasında ölkənin elmi potensialından istifadə edilməsinə üstünlük verilməsi;
6.0.35. elm sahəsində ölkədə toplanmış təcrübəyə, mövcud elmi ənənələrə, dayanıqlı inkişaf proseslərinə uyğun olaraq elmi fəaliyyətin milli və müasir inkişaf modelinin formalaşdırılması;
6.0.36. elmi fəaliyyət sahəsində proqnozlaşdırma, nəzarət, əlaqələndirmə qaydalarının, ekspertiza və təchizat normativlərinin müəyyənləşdirilməsi.
2-ci fəsil
ELMİ FƏALİYYƏTİN SUBYEKTLƏRİ
Maddə 7. Elmi fəaliyyətin subyektləri və iştirakçıları
7.1. Elmi fəaliyyətin subyektləri aşağıdakı hüquqi və fiziki şəxslərdir:
7.1.1. alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri;
7.1.2. elmi fəaliyyətin təşkili, idarə edilməsi və ekspertizası ilə məşğul olan dövlət orqanları;
7.1.3. elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslər;
7.2. Elmi fəaliyyətin iştirakçıları – elmi işçilər, investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyət sahələrini şəhadətnamə, sertifikat, lisenziya-patent, standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və texniki cəhətdən təmin etmək hüququ əldə edən fiziki və hüquqi şəxslərdir.
7.3. Elmi fəaliyyətin subyektləri və iştirakçıları ilə digər hüquqi və fiziki şəxslər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
Maddə 8. Elmi işçilərin vəzifələri, ixtisas səviyyələri və işə qəbul edilməsi
8.1. Elmi işçinin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir.
8.2. Elmi müəssisə və təşkilatlarda aşağıdakı elmi işçi vəzifələri müəyyən edilir:
8.2.1. kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi;
8.2.2. konstruktor, aparıcı konstruktor, baş konstruktor;
8.2.3. mühəndis, aparıcı mühəndis, baş mühəndis;
8.2.4. texnoloq, aparıcı texnoloq, baş texnoloq;
8.2.5. assistent.
8.3. Elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilərə bərabər tutulur.
8.4. Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilər aşağıdakılardır:
8.4.1. magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil;
8.4.2. xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura);
8.4.3. elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru);
8.4.4. elmi ad (dosent, professor);
8.4.5. elmi rütbə (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi, müxbir, xarici və fəxri üzvü);
8.4.6. elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar;
8.4.7. yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;
8.4.8. çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;
8.4.9. fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin rəyi.
8.5. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir.
8.6. Elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
8.7. Müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.
8.8. Doktoranturanı və magistraturanı (rezidenturanı) müvəffəqiyyətlə bitirən gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərtilə) təyin olunurlar.
Maddə 9. Elmi müəssisə və təşkilatın mütəxəssisi, elmi xidmət sahəsinin işçisi
9.1. Elmi müəssisə və təşkilatın mütəxəssisi ali və ya orta ixtisas təhsilinə (subbakalavr ixtisas dərəcəsi) malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.
9.2. Elmi xidmət sahəsinin işçisi elmi müəssisə və təşkilatın elmi fəaliyyəti üçün şəraitin yaradılmasında iştirak edən şəxsdir.
9.3. Elmi müəssisə və təşkilatın mütəxəssisinin və elmi xidmət sahəsi işçisinin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, bu Qanuna və elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
Maddə 10. Elmi müəssisələr və təşkilatlar
10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir.
10.2. Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatların inkişafına dəstək verir.
10.3. Elmi müəssisə və təşkilatların hüquq və vəzifələri, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və elmi müəssisə və təşkilatların nizamnaməsi ilə tənzimlənir.
10.4. Elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir:
10.4.1. dövlət ali elmi təşkilatı;
10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər);
10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları;
10.4.4. elmi mərkəzlər;
10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr;
10.4.6. elmi işçilərin ictimai qurumları.
10.5. Elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur:
10.5.1. müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və strukturu;
10.5.2. elmi fəaliyyətin əsas istiqamətləri və digər fəaliyyət növləri;
10.5.3. müəssisənin və ya təşkilatın idarə edilmə sistemi və onun fəaliyyətinə nəzarət qaydaları;
10.5.4. müəssisə və ya təşkilatın, eləcə də onun işçilərinin hüquq və vəzifələri;
10.5.5. müəssisə və ya təşkilat rəhbərinin seçilmə və ya təyin edilmə qaydaları;
10.5.6. elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları;
10.5.7. maliyyələşdirilmə mənbələri;
10.5.8. əməyin ödənilməsi qaydaları;
10.5.9. yenidən təşkili və ləğvi qaydaları;
10.5.10. struktur bölmələrin və müvəqqəti elmi kollektivlərin yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları;
10.5.11. müəssisənin və ya təşkilatın fəaliyyət xüsusiyyətləri ilə bağlı müddəalar.
10.6. Elmi müəssisə və təşkilatlar elmi tədqiqat və təcrübi-istehsalat bazasını inkişaf etdirmək, müasir tələblərə cavab verən infrastruktur yaratmaq məqsədilə xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, Azərbaycan Respublikasının qanunlarına və öz nizamnamələrinə zidd olmayan fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir.
10.7. Dövlət elmi müəssisəsi və təşkilatı əmlakı, o cümlədən torpaq sahələri üzərində istifadə hüququna malikdir.
Maddə 11. Dövlət ali elmi təşkilatı
11.1. Dövlət ali elmi təşkilatı Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatdır.
11.2. Dövlət ali elmi təşkilatı öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarında çalışan elmi işçiləri, mütəxəssisləri və elmi xidmət, sosial xidmət sahəsi işçilərini birləşdirir.
11.3. Dövlət ali elmi təşkilatının strukturunda elmin müxtəlif sahələri üzrə fundamental, tətbiqi və elmi innovasiya xarakterli tədqiqatları həyata keçirən elmi müəssisələr və təşkilatlar fəaliyyət göstərir.
11.4. Dövlət ali elmi təşkilatı elmin və hərtərəfli elmi-texniki inkişafın təmin edilməsi məqsədi ilə elmi tədqiqat və istehsalat müəssisələri, elmi mərkəzlər, təhsil qurumları, elmi texnoloji parklar, müvəqqəti elmi birlik və kollektivlər, beynəlxalq laboratoriyalar yaradır və onların səmərəli fəaliyyətini təmin edir.
11.5. Dövlət ali elmi təşkilatında ölkənin elmi kadr potensialını inkişaf etdirmək üçün elmlər doktoru, fəlsəfə doktoru və magistr hazırlığı üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması həyata keçirilir.
11.6. Dövlət ali elmi təşkilatı elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.
11.7. Dövlət ali elmi təşkilatının idarə edilməsi, hüquqları və vəzifələri nizamnaməsi ilə müəyyən olunur. Dövlət ali elmi təşkilatının nizamnaməsi ümumi yığıncağında qəbul olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11.8. Dövlət ali elmi təşkilatının ali idarəetmə orqanı onun həqiqi, müxbir və xarici üzvlərindən ibarət ümumi yığıncağıdır. Ümumi yığıncağın sessiyaları arasındakı dövrdə dövlət ali elmi təşkilatının fəaliyyəti ilə bağlı məsələləri dövlət ali elmi təşkilatının rəyasət heyəti həll edir.
11.9. Dövlət ali elmi təşkilatının “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elm sahəsində beynəlxalq münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, ölkələrarası elmi mübadilə proqramlarında, beynəlxalq qrant layihələrində və müsabiqələrində iştirak etmək, qarşılıqlı elmi əlaqələrə dair əməkdaşlıq müqavilələri imzalamaq, digər ölkələrin akademiyalarına, ona bərabər tutulan qurumlarına seçilmək üçün təkliflər irəli sürmək hüququ vardır.
11.10. Dövlət ali elmi təşkilatı dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, bu Qanuna uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşir.
11.11. Dövlət ali elmi təşkilatının elmi innovasiya fəaliyyəti ilə və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
11.12. Dövlət ali elmi təşkilatında dövlət büdcəsinin vəsaiti və cəlb edilmiş investisiyalar hesabına yerinə yetirilən elmi tədqiqatlar əsasında yaradılan maddi dəyərlər (qurğular, binalar, avadanlıqlar və digərləri) müəlliflik hüquqları təmin edilməklə, dövlətə məxsusdur.
Maddə 12. Ali təhsil müəssisəsi
12.1. Ali təhsil müəssisəsi tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət subyekti olmaqla, fakültələr, kafedralar, elmi kitabxanalar, laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir.
12.2. Ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.
12.3. Ali təhsil müəssisəsi və onların elmi və elmi-pedaqoji işçiləri Azərbaycan Respublikası ərazisində istifadədə olan elmi laboratoriyaların xidmətlərindən istifadə etmək, dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi və elmi-texniki müsabiqələrdə, layihə və proqramlarda iştirak etmək üçün bərabər hüquqlara malikdirlər.
12.4. Ali təhsil müəssisəsi təlim və tədris proseslərinə elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri və mütəxəssisləri, o cümlədən xarici ölkələrdən təcrübəli mütəxəssisləri cəlb etmək və tədris prosesinə müasir elmi və elmi-texniki nailiyyətləri sərbəst tətbiq etmək hüququna malikdir.
12.5. Ali təhsil müəssisəsində elmlər doktoru, fəlsəfə doktoru və magistratura üzrə kadr hazırlığı həyata keçirilir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə tamamlanmış müstəqil elmi tədqiqat işinin (dissertasiyanın) müdafiə olunmasına görə ali attestasiya orqanı tərəfindən elmi dərəcələr verilir.
12.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən ali təhsil müəssisələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Tədqiqat universiteti” statusu verilir.
12.7. Tədqiqat universitetinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
12.7.1. təhsilverənlərin və təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyasını təmin etmək;
12.7.2. magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı elmi kadr hazırlığı proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq;
12.7.3. fundamental və tətbiqi elmi tədqiqatları həyata keçirmək, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və elmi-informasiya təminatını həyata keçirmək.
12.8. Tədqiqat universitetinin elmi işçiləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb edilirlər.
12.9. Tədqiqat universiteti statusu əldə edən ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat strukturlarının baza xərclərinin maliyyələşdirilməsi bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulduğu qaydada həyata keçirilir.
12.10. Ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji işçiləri elmi fəaliyyətlə məşğul olurlar.
12.11. Ali təhsil müəssisələrində aparılmış elmi tədqiqat işlərinin nəticələri istehsalatda və tədris prosesində istifadə edilir. Təhsilin inkişafı ilə bağlı elmi araşdırmalar təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, yeni texnologiyaların tətbiq edilməsinə xidmət edir.
12.12. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır.
12.13. Ali təhsil müəssisəsinin elmi işçilərinin statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin statusuna bərabər tutulur.
Maddə 13. Elmi tədqiqat institutu
13.1. Elmin müxtəlif sahələri üzrə bilavasitə fundamental və tətbiqi tədqiqatlar həyata keçirən elmi tədqiqat institutu müstəqil və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir.
13.2. Elmi tədqiqat institutunun əsas hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə müəyyən olunur.
13.3. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir:
13.3.1. elmi tədqiqat institutunun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır;
13.3.2. elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir;
13.3.3. elmi inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir, tövsiyələr hazırlayır;
13.3.4. elmi tədqiqat müəssisəsinin fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir;
13.3.5. elmi işçilərin fəaliyyətinin stimullaşdırılması üçün qərarlar qəbul edir;
13.3.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir;
13.3.7. hər il öz iş planını və reqlamentini təsdiq edir;
13.3.8. yüksəkixtisaslı elmi kadrların hazırlanması və əlavə təhsili sahəsində qərarlar qəbul edir;
13.3.9. ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır;
13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
13.4. Dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, 3 (üç) il müddətinə formalaşdırılır.
13.5. Elmi tədqiqat institutunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq hüququ vardır.
Maddə 14. Elmi mərkəzlər
14.1. Elmi mərkəzlər – elmin inkişafının prioritet istiqamətləri üzrə elmi və elmi innovasiya fəaliyyətinin əlaqələndirilməsini təmin edən, inzibati-funksional və ya funksional müstəqilliyə malik olan (ölkə, regional, akademik, elmi-innovasiya, elmi-istehsalat, elmi-metodik, elmi-təcrübi və digər) elmi tədqiqat müəssisəsidir.
14.2. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr ehtiyatlarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilərlər.
14.3. Elmi mərkəzlər elmi və elmi-texniki tədqiqatların təşkilini müxtəlif elm, təhsil, istehsal, biznes, xidmət və digər sahələrin kooperasiyası əsasında həyata keçirə bilər.
14.4. Elmi fəaliyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edən, beynəlxalq səviyyədə tanınan, yüksəkixtisaslı elmi kadr potensialına, zəruri maddi-texniki bazaya və infrastruktura malik olan elmi müəssisə və təşkilatlara “Elmi mərkəz” statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Maddə 15. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr
15.1. Təcrübi-konstruktor müəssisəsi (bürosu) elmi tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Bu tipli müəssisələr məhsulun nümunələrini və istehsal üçün zəruri olan texniki sənədlərin hazırlanmasını təmin edir.
15.2. Layihə-texnoloji müəssisələrin (büroların) əsas fəaliyyəti elmi tədqiqat işləri, biznes-planları və investisiya layihələrinin əsaslandırılması mərhələsində innovasiya xarakterli işləmələrin kompleks layihələndirilməsini həyata keçirməklə onların tətbiqini təmin etməkdən ibarətdir.
15.3. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr müstəqil və ya elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif qurumların nəzdində fəaliyyət göstərir.
15.4. Hüquqi və fiziki şəxslər sahəvi, regional, ərazi və digər istiqamətlər üzrə mühüm əhəmiyyət kəsb edən elmi və ya elmi-texniki problemlərin tədqiqi məqsədilə bu Qanuna uyğun olaraq müstəqil təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisə və ya tədqiqat laboratoriyaları yarada bilərlər.
Maddə 16. Elmi işçilərin ictimai birlikləri və digər elmi fəaliyyət subyektləri
16.1. Elmi işçilər elmi nəticələrin şərhi və təbliği, müxtəlif elmi problemlərin tədqiqi, elmi işçilərin peşə hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük əsasında ictimai birliklər və fondlar yarada bilərlər.
16.2. Elmi işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin əlaqələndirilməsi, təşkili və stimullaşdırılmasında iştirak edir.
16.3. Dövlət orqanları elmi işçilərin ictimai birliklərini müxtəlif problemlərin həlli ilə bağlı layihələrinin tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə, habelə müsabiqə əsasında maliyyələşdirilən elmi proqram və layihələrin hazırlanmasına, elmi müəssisələrin akkreditasiyası və elmi işçilərin attestasiyası proseslərinə cəlb edə bilər.
16.4. Elmi işçilərin ictimai birliklərinin elmi tədqiqatların aparılmasını sifariş vermək, təşkil etmək və elmi fəaliyyətin nəticələrinə görə mükafatlandırmaq hüququ vardır.
16.5. Digər elmi fəaliyyət subyektlərinə əsas fəaliyyəti elmi və elmi-texniki yaradıcılıq olmayan hüquqi şəxslər aid edilir və onlar öz tərkibində elmi və elmi-innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur bölmələri yarada bilərlər.
3-cü fəsil
YÜKSƏKİXTİSASLI ELMİ KADR HAZIRLIĞI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Maddə 17. Yüksəkixtisaslı elmi kadrların hazırlanması
17.1. Yüksəkixtisaslı elmi kadrların hazırlanması ölkədə elmi, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edir.
17.2. Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxsin, bu Qanunun 9.1-ci maddəsi nəzərə alınmaqla, magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir.
17.3. Yüksəkixtisaslı elmi kadrların hazırlanması doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunktura) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada tamamlanmış elmi tədqiqat işi – dissertasiya yerinə yetirilməli və müdafiə edilməlidir.
17.4. Doktorantura yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, zəruri maddi-texniki bazaya və müvafiq infrastruktura malik olan elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində yaradılır.
17.5. Doktoranturanın yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti bu Qanun və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
17.6. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
17.7. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir.
17.8. Dövlət sifarişi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Xarici ölkələrin ali təhsil müəssisələrində və elmi mərkəzlərində yüksəkixtisaslı elmi kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə və ödənişli əsaslarla həyata keçirilir.
Maddə 18. Elmi dərəcələr və elmi adlar
18.1. Azərbaycan Respublikasında elmi dərəcələr elmi müəssisələrdə və ali təhsil müəssisələrində ali attestasiya orqanı tərəfindən yaradılan dissertasiya şurasının vəsatəti, elmi adlar isə elmi müəssisələrin, ali təhsil müəssisələrinin elmi şuralarının vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilir.
18.2. Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.3. Azərbaycan Respublikasında elmi müəssisələrdə və ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dosent və professor elmi adları verilir.
18.4. Elmi müəssisələr və ali təhsil müəssisələri fəxri professor (fəxri doktor) adı vermək hüququna malikdir. Fəxri professor (fəxri doktor) adının verilməsi qaydaları və şərtləri elmi müəssisə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
18.5. Elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və plagiat faktının aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 19. Dissertasiya şurası
19.1. Dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə daimi elmi araşdırmalar aparan, yüksək ixtisaslı elmi kadr potensialına malik olan elmi müəssisələrdə və ali təhsil müəssisələrində yaradılır.
19.2. Dissertasiya şurasının yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
19.3. Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılan birdəfəlik şurada bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.
19.4. Dissertasiya şurasına təqdim edilən dissertasiya işləri üzrə rəsmi opponentlik haqqı ödənilən əmək fəaliyyətinə aid edilir və iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsi tərəfindən ödənilir.
19.5. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, aparıcı təşkilat və dissertasiya şurasının üzvləri dissertasiya şurasına təqdim edilmiş və müdafiə olunmuş dissertasiya işinin keyfiyyətinin və elmi yeniliyinin zəruri tələblərə uyğunluğuna görə cavabdehdirlər.
Maddə 20. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədi
20.1. Azərbaycan Respublikasında elmi müəssisənin və ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir.
20.2. Elmi müəssisənin və ali təhsil müəssisəsinin vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilmiş elmi adlara dair attestatlar həmin müəssisənin elmi və elmi-pedaqoji kadrlarına aid edilməklə, ölkə ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda tanınır.
20.3. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədinin verilməsi qaydaları və şərtləri bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına əsasən müəyyən edilir.
20.4. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlara dair sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nostrifikasiya və ya təkrar attestasiya əsasında həyata keçirilir.
4-cü fəsil
ELMİ FƏALİYYƏT SAHƏSİNİN İDARƏ EDİLMƏSİ
Maddə 21. Elmi müəssisə və təşkilatların idarə edilməsi
21.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
21.2. Elmi müəssisə və təşkilatların idarə edilməsi aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirilir.
21.3. Elmi müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini demokratik əsaslarla həyata keçirmək məqsədilə özünüidarə orqanları (elmi şura, əlaqələndirici və himayədarlar şuraları və digər) yaradır. Bu orqanların formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edilir.
21.4. Elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir.
21.5. Dövlət elmi müəssisə və təşkilatının rəhbəri elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq seçilir və ya təyin edilir.
21.6. Bələdiyyə və özəl elmi müəssisə və ya təşkilatın rəhbəri onların təsisçiləri tərəfindən elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq seçilir və ya təyin edilir.
21.7. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan elmi müəssisə və təşkilatların elmi işçilərinin yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.
21.8. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus elmi müəssisə və təşkilatın rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Maddə 22. Elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi
22.1. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat əlaqələndirir və istiqamətləndirir.
22.2. Elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılır.
22.3. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
22.4. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun həyata keçirilir.
22.5. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri əsasında elmi problemlər üzrə elmi şuraları yaradır. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır.
22.6. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və qərarlar qəbul olunur. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ictimai əsaslarla fəaliyyət göstərir.
Maddə 23. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası
23.1. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası elmin təhsil sahəsi və innovasiyayönümlü istehsalat mühiti ilə vəhdətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
23.2. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası biliklərə əsaslanan cəmiyyətin və iqtisadiyyatın yaradılmasına, rəqabətqabiliyyətli istehsal sahələrinin formalaşmasına və inkişafına xidmət edir.
23.3. Azərbaycan Respublikasında elm, təhsil və iqtisadiyyatın inteqrasiyası aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
23.3.1. ölkə ərazisində fəaliyyət göstərən elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmtutumlu istehsal sahələri və sahibkarlığın birləşməsi əsasında klasterlərin, xüsusi zonaların, texnopolislərin yaradılması;
23.3.2. ali təhsil müəssisəsinin müəllim, tələbə, magistr və doktorantlarının elmi tədqiqat fəaliyyətinə, elmi müəssisə və təşkilatların elmi və elmi-texniki kadrlarının müxtəlif formalarda tədris, tədris-metodiki, elmi tədqiqat, təcrübi-axtarış işlərinə, magistratura (rezidentura) və doktorantura proqramlarına fəal cəlb edilməsi;
23.3.3. elmi müəssisə və təşkilatların ali təhsil müəssisələri ilə birgə elm-tədqiqat mərkəzlərinin, kafedraların, laboratoriyaların, elmi texnologiya parklarının, texnoinkubatorların və tədris klinikalarının yaradılması.
23.4. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və bu Qanuna uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdir.
Maddə 24. Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası
24.1. Azərbaycan Respublikasında elmi fəaliyyət bu Qanunda müəyyən edilmiş prinsiplərə, elmi müəssisələrin və ali təhsil müəssisəsinin elmi fəaliyyəti eyni zamanda onların nizamnamələrinə uyğun olaraq tənzimlənir.
24.2. Ölkənin təhlükəsizliyi, vətəndaşların sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə törədə bilən, milli-mənəvi dəyərlərə, xalqın tarixinə xələl gətirən elmi tədqiqatların aparılmasına və ya bu cür elmi nəticələrdən istifadə olunmasına yol verilmir.
24.3. Хarici hüquqi şəхslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki fəaliyyətinə оnların Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı halda yol verilir.
24.4. Elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti оrqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.
24.5. Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramların, elmi tədqiqatların nəticələrinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.
24.6. Akkreditasiyadan keçən elmi müəssisələrə akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
24.7. Elmi müəssisələr dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malikdir.
Maddə 25. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası
25.1. Elmi işçilərin attestasiyası elmi müəssisə və təşkilatlarda aşağıdakı məqsədlərlə aparılır:
25.1.1. elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması;
25.1.2. elmi işçilərin tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi;
25.1.3. elmi işçilərin qabiliyyətindən istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin stimullaşdırılması;
25.1.4. elmi işçinin ixtisasının, peşə hazırlığının yüksəldilməsi üçün müvafiq tələblərin müəyyən edilməsi.
25.2. Elmi işçilərin attestasiyası hər 5 (beş) ildən bir müddətdə aparılır.
25.3. Elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
25.4. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
25.5. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər.
Maddə 26. Elmi fəaliyyətin informasiya təminatı
26.1. Elmi fəaliyyətin subyektləri əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi və elmi-texniki informasiyalara sərbəst çıxış əldə etmək, informasiya mübadiləsini həyata keçirmək hüququna malikdirlər.
26.2. Dövlət elmi informasiyanın toplanılmasını, təhlilini, saxlanılmasını və yayılmasını həyata keçirən informasiya mərkəzlərinin, fondların və sistemlərinin yaradılmasına, elmi fəaliyyət subyektlərinin elm, texnika və innovasiya sahəsində beynəlxalq informasiya fondları və mərkəzləri ilə əlaqəsinin qurulmasına, elmi nəticələrin çap olunmasına, nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki materialların əldə edilməsinə şərait yaradır.
26.3. Dövlət elmi irsin toplanılması, saxlanılması, sistemləşdirilməsi və qorunması məqsədilə elmi arxivlərin müasir tələblərə uyğun maddi-texniki baza və infrastrukturunun yaradılmasını təmin edir və arxiv mənbələrindən, əldə olunması qanunla məhdudlaşdırılan informasiya qorunmaqla, istifadə olunmasına təminat verir.
26.4. Dövlət elmi müəssisə və təşkilatlarının ləğv edilməsi və ya yenidən təşkili zamanı onların malik olduğu elmi informasiya bankı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada elmi müəssisə və təşkilatın hüquqi varisinə verilir.
Maddə 27. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası
27.1. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası ekspertiza obyektlərinin elmi və elmi-texniki səviyyəsinin tədqiqi, təhlili, yoxlanılması və qiymətləndirilməsi, bu obyektlər haqqında müvafiq qərarların qəbul edilməsinin əsaslandırılması üçün ekspert rəylərinin hazırlanması və rəsmiləşdirilməsi məqsədilə həyata keçirilir.
27.2. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası bu sahədə təcrübəsi olan ixtisaslı ekspert təşkilatları və fiziki şəxslər (ekspertlər) tərəfindən aparılır.
27.3. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası aşağıdakı hallarda aparılır:
27.3.1. elmi fəaliyyət sahəsində dövlət siyasəti və elmin inkişafının prioritet istiqamətləri müəyyən edildikdə;
27.3.2. dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi proqram və layihələr hazırlandıqda;
27.3.3. elmi proqram və layihələrdə iştirak etmək üçün müsabiqələr keçirildikdə;
27.3.4. ekspertiza obyektinin (elmi tədqiqat işlərinin, elmi proqram və layihələrin, elmi əsərlərin, elmi-metodik vəsaitlərin və digər) müasir elmi-texniki, texnoloji biliklər və tələblər səviyyəsinə uyğunluğu və onların iqtisadi faydalılığı qiymətləndirildikdə;
27.3.5. ekspertiza obyekti olan proqram, layihə və təkliflərin reallaşdırılmasının elmi-texniki, sosial-iqtisadi və ekoloji nəticələrinin proqnozlaşdırılması və istehsalata tətbiqinin elmi cəhətdən əsaslandırılmasında;
27.3.6. ekspertiza obyektinin dövlət maraqlarına uyğunluğunun, ekoloji, texnoloji və ictimai təhlükəsizliyinin qiymətləndirilməsində;
27.3.7. mövcud elmi-texniki potensialdan istifadənin təhlili və səmərəliliyinin qiymətləndirilməsində;
27.3.8. elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların, elmi əsərlərin, tədris və elmi-metodiki vəsaitlərin müvafiq tələblərə uyğunluğunun müəyyən edilməsində;
27.3.9. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınması (nostrifikasiyası) və ya təkrar attestasiyası keçirildikdə;
27.3.10. elmi əsərlərin, mühüm elmi nəticələrin dövlət mükafatlarına və ya beynəlxalq mükafatlara təqdim olunması;
27.3.11. müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarı olduqda.
27.4. Elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların və sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizası bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ali attestasiya orqanı tərəfindən aparılır.
27.5. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələrində maraqlı olan fiziki və ya hüquqi şəxsin ekspertizada iştirak etməsinə yol verilmir.
27.6. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələri əldə olunması qanunla məhdudlaşdırılan informasiya qorunmaqla, ictimaiyyətə açıqlanır və internet resurslarında yerləşdirilir.
Maddə 28. Elmi fəaliyyətin nəticələrindən istifadə
28.1. Elmi nəticələrin və elmi məhsulun istifadəsi, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi, o cümlədən birgə elmi fəaliyyət və gəlirin bölünməsi elmi müəssisə və təşkilatlarla sifarişçilər və ya elmi fəaliyyətin nəticələrinin istehlakçıları arasında bağlanan müqavilələrlə müəyyən edilir.
28.2. Elmi müəssisələrə və təşkilatlara, tədqiqat universitetlərinə fundamental, tətbiqi və eksperimental tədqiqatların yerinə yetirməsi məqsədilə sifarişlər verilə bilər.
28.3. Sifarişlər əsasında yerinə yetirilən elmi tədqiqatlar kommersiya və ya qeyri-kommersiya şərtlərinə uyğun həyata keçirilir və sifarişçi ilə elmi fəaliyyət subyekti arasında bağlanılan müqavilələrə əsasən tənzimlənir.
28.4. Dövlət sifarişləri üzrə yerinə yetirilən elmi tədqiqatların nəticələri müəlliflik hüquqları təmin edilməklə, dövlətə məxsusdur.
28.5. Elmi fəaliyyətdən alınan nəticələrə sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi və tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəyyən edilir.
28.6. Dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilən elmi işlərin nəticələri, əqli mülkiyyət hüququnun, informasiyanın qorunmasını tənzimləyən normativ hüquqi aktlara zidd deyildirsə, ictimaiyyətə açıqlanır və internet resurslarında yerləşdirilir.
28.7. Elmin nailiyyətlərindən istifadə edilməklə yaradılan istehsal və digər obyektlərin təhlükəsizliyi, o cümlədən ekoloji təhlükəsizliyi, iqtisadi və sosial əhəmiyyəti barədə ictimaiyyətə əvvəlcədən məlumat verilir.
Maddə 29. Elmi etika və əqli mülkiyyət hüququnun qorunması
29.1. Azərbaycan Respublikasında əqli mülkiyyət hüququnun qorunması “Patent haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və bu Qanunla tənzimlənir.
29.2. Elmi etika və elmi nəticələrlə bağlı hüquqların pozulması hallarına aşağıdakılar aiddir:
29.2.1. nəticənin tədqiqat prosesinə uyğun gəlməməsi;
29.2.2. alınan nəticənin əsassız olaraq dəyişdirilməsi və ya təhrif edilməsi;
29.2.3. özgəsinə məxsus mətnin, əsərin, elmi məhsulun müəllifin icazəsi olmadan və ya yazılı istinad vermədən istifadəsi;
29.2.4. dublikatlaşdırma və ya eyni mətnin digər adla təkrar nəşri;
29.2.5. müəlliflərin dəyişdirilməsi və ya şərikli müəlliflik hüququnun pozulması;
29.2.6. müəlliflik hüququnun pozulması – elmi plagiat;
29.2.7. elmi əsərdən, ixtira, faydalı model və sənaye nümunəsindən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadə halları istisna olmaqla, icazəsiz istifadə.
29.3. Elmi etikaya riayət edilməlidir. Əqli mülkiyyət hüquqlarını pozma cinayət, inzibati və mülki məsuliyyətə səbəb olur.
Maddə 30. Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi
30.1. Dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında, profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər.
30.2. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.
5-ci fəsil
ELMİ İŞÇİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 31. Elmi işçilərin hüquqları
31.1. Elmi işçilərin hüquqları aşağıdakılardır:
31.1.1. elmi nəticələrin müəllifi olmaq, əqli mülkiyyət hüquqlarının tanınması və qorunması üçün vəsatət qaldırmaq;
31.1.2. müəllifi və ya hüquqi sahibi olduğu elmi nəticələrin tətbiqindən gəlir əldə etmək və müəllif qonorarı almaq;
31.1.3. elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinə nail olmaq, mükafatlar almaq, imtiyazlardan istifadə etmək;
31.1.4. elmi nəticələrə əsaslanaraq, elmi dərəcə və elmi ad almaq üçün müraciət etmək;
31.1.5. elmi konfrans və simpoziumlarda, qurultay və seminarlarda, digər kollektiv müzakirələrdə iştirak etmək;
31.1.6. elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək;
31.1.7. Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq elmi əməkdaşlıqda iştirak etmək (xarici ölkələrdə təcrübə keçmək, elmi nəticələri dərc etdirmək, birgə elmi tədqiqatlar aparmaq və digər);
31.1.8. insana, cəmiyyətə və ətraf mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda iştirak etməkdən əsaslandırılmış şəkildə imtina etmək;
31.1.9. birgə elmi fəaliyyət barədə müqavilə bağlamaq;
31.1.10. elmi ixtisas səviyyəsini artırmaq və müsabiqələrdə iştirak etmək;
31.1.11. ödənişli yaradıcılıq məzuniyyətindən istifadə etmək;
31.1.12. elmi tədqiqatların aparılması üçün normal iş şəraiti ilə təmin olunmaq;
31.1.13. həmkarlar ittifaqlarında, assosiasiyalarda və digər ictimai birliklərdə təmsil olunmaq;
31.1.14. pedaqoji fəaliyyətlə məşğul olmaq;
31.1.15. işlədiyi elmi müəssisə və təşkilatın tədqiqat istiqamətləri çərçivəsində və özünün elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti və metodu seçmək;
31.1.16. qrant almaq və gəlir əldə etmək;
31.1.17. proqram və layihələrin elmi ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin proqnozlaşdırılmasında və qiymətləndirilməsində iştirak etmək;
31.1.18. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi nəticələr haqqında informasiya əldə etmək, əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, elmi nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq;
31.1.19. elmi müəssisə və təşkilatlarda vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
31.1.20. bu Qanuna uyğun olaraq digər hüquqları həyata keçirmək.
31.2. Elmi işçilərin hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.
Maddə 32. Elmi işçilərin vəzifələri
32.1. Elmi işçilərin vəzifələri aşağıdakılardır:
32.1.1. elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
32.1.2. Azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək;
32.1.3. elmi fəaliyyəti həyata keçirərkən dövlət mənafeyini qorumaq, insanların hüquq və azadlıqlarına, onların həyatına və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq;
32.1.4. elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək;
32.1.5. elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək;
32.1.6. elmi etikaya riayət etmək, plagiata yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmaq;
32.1.7. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək;
32.1.8. attestasiyadan keçmək;
32.1.9. məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq;
32.1.10. bu Qanuna uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
32.2. Elmi işçilərin vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.
Maddə 33. Elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması
33.1. Dövlət elmin inkişafı, elmi məktəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, elmi işçilərin əməyinin stimullaşdırılması, yaradıcı gənclərin elmi fəaliyyətə fəal cəlb edilməsi məqsədilə müxtəlif sosial həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə olunmasını təmin edir.
33.2. Dövlət beynəlxalq və ölkə əhəmiyyətli elmi forumların, konfrans və simpoziumların, müsabiqələrin, bilik yarışlarının, olimpiadaların və digər elmi tədbirlərin, eləcə də tarix, ədəbiyyat və incəsənət sahəsində nominasiyaların və təqdimatların təşkilinə şərait yaradır.
33.3. Dövlət elmi müəssisələrində və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan elmi işçilərin vəzifə (tarif) maaşları və əməkhaqqı onların funksional vəzifələri, peşə xüsusiyyətləri, elmi dərəcəsi, elmi adları və iş stajı nəzərə alınmaqla təyin edilir.
33.4. Elmi kollektivlərin müvəqqəti üzvləri olan elmi işçilərin əməyinin ödənilməsi əmək müqaviləsi əsasında həyata keçirilir.
33.5. Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan əcnəbi alimlərə və tədqiqatçılara əməkhaqqı əmək müqavilələri əsasında müəyyən edilir.
33.6. Elmi işçilərin funksional vəzifələrindən kənar yerinə yetirdikləri elmi, tədris və təşkilati işlərin haqqı sifarişçi tərəfindən ödənilir.
33.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq rütbə maaşları verilir.
33.8. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə əlavələr ödənilir.
33.9. Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması və güzəştli ipoteka kreditlərindən istifadə etməsi üçün şərait yaradır.
33.10. Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.
33.11. Dövlət elmi tədqiqat, təcrübi-sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində və elmi mərkəzlərində dоktоrantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir.
33.12. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, ödənişli yaradıcılıq məzuniyyəti verilir.
33.13. Elmi müəssisələr və ali təhsil müəssisələri büdcədənkənar vəsaitləri hesabına elmi işçilərin və digər əməkdaşların əmək haqlarına əlavələr və sosial təminatlar (tibbi xidmət, istirahət və digər) müəyyən etmək hüququna malikdir.
33.14. Elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə fərdi təqaüdlər, müavinətlər, dövlət mükafatları, dövlət təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar və fəxri fərmanlar verilir.
33.15. Təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli jurnallarda çap olunan hər bir elmi məqaləyə görə müəllifə (müəlliflərə) işlədiyi elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin, eləcə də elm və innovasiya fondlarının vəsaitləri hesabına birdəfəlik mükafat (qonorar) verilir. Bu jurnalların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il dövri mətbuatda dərc edilir və internet resurslarında yerləşdirilir.
33.16. Elmi əsərlərinə beynəlxalq miqyasda daha çox istinad edilən müəlliflər çalışdığı müəssisə tərəfindən daxili imkanlar hesabına peşəkar fəaliyyət və xidmətlərinə görə mükafatlandırılır.
6-cı fəsil
ELMİ FƏALİYYƏTİN İQTİSADİYYATI
Maddə 34. Elmi fəaliyyətin maliyyələşdirilməsi
34.1. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir.
34.2. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi elmi müəssisə və təşkilatların beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında cəlb etdikləri, həmçinin elmi məhsul və xidmətlərin satışından daxil olan vəsaitlər hesabına da həyata keçirilə bilər.
34.3. Elmi fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər elmi fəaliyyətin davamlı inkişafını, mövcud elmi potensialın qorunması və inkişaf etdirilməsini, dövlət maraqları əsasında ictimai-siyasi, milli-mənəvi, sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqini (həllini) və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsini təmin edir.
34.4. Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi aşağıdakı formalarda həyata keçirilir:
34.4.1. baza maliyyələşdirilməsi;
34.4.2. proqram məqsədli maliyyələşdirmə;
34.4.3. qrant maliyyələşdirilməsi.
34.5. Elmi və elmi-texniki fəaliyyətin subyektləri ilə müvafiq icra hakimiyyəti orqanları, aidiyyəti qurumlar arasında elmi və elmi-texniki layihə, qrant və ya proqramların reallaşdırılması üzrə münasibətlər müqavilə əsasında tənzimlənir və bu müqavilələrin icra müddəti üç ildən çox olmamalıdır.
34.6. Elmi müəssisə və təşkilatlar əldə etdikləri büdcədənkənar vəsaitlərdən maddi-texniki bazanın gücləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, işçilərin maddi həvəsləndirilməsi və digər məqsədlər üçün sərbəst istifadə etmək hüququna malikdir.
Maddə 35. Elmi fəaliyyətin baza maliyyələşdirilməsi
35.1. Elmi fəaliyyətin baza maliyyələşdirilməsinin subyektləri dövlət elmi müəssisə və təşkilatları, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyaları, elmi fəaliyyət üzrə dövlət sifarişlərini yerinə yetirən digər elmi müəssisələrdir.
35.2. Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
35.3. Baza maliyyələşdirilməsi fundamental elmi tədqiqatların, dövlət əhəmiyyətli, o cümlədən milli təhlükəsizlik və müdafiə əhəmiyyətli elmi tədqiqatların aparılmasını, mühüm elmi obyektlərin qorunmasını, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təmin edir.
35.4. Baza maliyyələşdirilməsi dövlət elmi müəssisə və təşkilatlarının, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyalarının əmlakının, o cümlədən binaların saxlanılması, elmi infrastrukturların inkişafı, müasir avadanlıqlar və digər zəruri vasitələrlə təchiz olunması, elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı üzrə xərclərini əhatə edir.
Maddə 36. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi
36.1. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli elmi işlərin aparılmasına yönəldilməklə müsabiqə əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqədənkənar qaydada həyata keçirilir.
36.2. Mülkiyyət növündən asılı olmayaraq bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdir.
36.3. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.
36.4. Məqsədli elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin qalibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən tərəfindən təsdiq edilir.
36.5. Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələrdən irəli gələrək, beynəlxalq və sahələrarası müqavilələr əsasında formalaşan və həyata keçirilən məqsədli elmi proqramların maliyyələşdirilməsi iştirak qaydasında və tərəflər üçün nəzərdə tutulan pay bölgüsünə uyğun olaraq həyata keçirilir.
36.6. Konkret elmi proqram və layihələrin məqsədli maliyyələşdirilməsi baza maliyyələşdirilməsi ilə əlaqələndirilmiş formada həyata keçirilir.
Maddə 37. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi
37.1. Qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılması, elmi-texniki potensialın səviyyəsinin, elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir.
37.2. Dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin əsas istiqamətləri və həcmi elmin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq müəyyən edilir.
37.3. Qrant almış elmi müəssisə və təşkilatların, layihə rəhbərlərinin layihələrin idarə edilməsində müstəsna hüquqları təmin edilir.
37.4. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və internet resurslarında yerləşdirilir.
37.5. Dövlət elmi müəssisələri beynəlxalq təşkilatlardan, fondlar və digər maliyyə qurumlarından, elmi-texniki məhsul və xidmətlər bazarlarından müsabiqə və müqavilələr əsasında cəlb etdikləri qrantlara görə məsuliyyət daşıyır.
Maddə 38. Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti
38.1. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi qurumları iqtisadi və sosial səmərə əldə etmək məqsədi ilə elmi tədqiqat və təcrübə-konstruktor işləri hesabına və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş məhsullar əldə etmək, texnoloji prosesləri yenidən qurmaq və istiqamətləndirmək – innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
38.2. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçilərinin və mütəxəssislərinin innovasiya fəaliyyətinin nəticələri elmi ekspertizadan keçirilir və innovasiya fəaliyyətinin daşıyıcısı olan şəxs stimullaşdırılır.
38.3. Elmi müəssisələrin innovasiya fəaliyyəti ölkədə elmlə istehsalat sahələrinin, elmi işçilərlə sahibkarlıq subyektlərinin əlaqələrinin möhkəmləndirilməsinə və elm tutumlu layihələrin işlənib hazırlanmasına, rəqabət qabiliyyətli elmi-texnoloji inkişafın təmin olunmasına xidmət edir.
38.4. Dövlət elmi müəssisələrin və təşkilatların innovasiya və istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
38.5. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçiləri və mütəxəssisləri ölkə daxilində və xarici ölkələrdə elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
38.6. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji və ekspertiza mərkəzləri yaradıla bilər.
38.7. Elmi işçilər elmi informasiya, innovasiya və elmi ekspertiza xidməti ilə məşğul olurlar.
38.8. Elmi müəssisələrin və ali təhsil müəssisəsinin elmi işçilərinin və mütəxəssislərinin öz səmərəliləşdirici təkliflərini, ixtiralarını və patentlərini bazara, auksiona çıxarmaq, müsabiqələrə təqdim etmək, istehsalatda tətbiq edilmək üçün müqavilələr bağlamaq hüququ vardır.
38.9. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri çalışdıqları təşkilatın istehsalat və digər sahələrində elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
38.10. Elmi tədqiqat işlərinin nəticələrinin, səmərələşdirici təkliflərin, ixtiraların istehsalata tətbiqindən əldə olunan gəlirlərdən, müqaviləyə uyğun olaraq, elmi müəssisələrə və elmi işçilərə haqq ödənilir.
38.11. Elmi tədqiqatların nəticələrinin, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinə görə fərqlənən, elmin inkişafına dəstək verən müəssisə və təşkilatların fəaliyyəti təbliğ edilir.
38.12. Azərbaycan Respublikasında elmi araşdırmaların keyfiyyətini və səmərəliliyini yüksəltmək, ölkənin elmi potensialını və innovasiya imkanlarını genişləndirmək, alim və tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq, beynəlxalq təcrübəni öyrənmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək məqsədilə elm, təhsil və innovasiya fondları yaradıla bilər.
38.13. Elm və innovasiya fondları elmi müəssisə və təşkilatlar və elmi fəaliyyətlə məşğul olan digər hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli fundamental, tətbiqi və innovasiya xarakterli elmi proqram və layihələrin ünvanlı maliyyələşdirilməsini həyata keçirir.
38.14. Elm və innovasiya fondlarının maliyyələşdirilməsi mənbələri, proqram və layihələrin seçilməsi, ekspertizası, müsabiqələrin təşkili, qrantların alınması və vəsaitlərindən istifadə olunması qaydaları həmin fondların nizamnaməsi ilə müəyyən edilir.
38.15. Elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi qurumlarında çalışan elmi işçilərin elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
38.16. Elmi müəssisə və təşkilatlar, elm və innovasiya fondları (eləcə də xarici tərəfdaşların birgə müqavilələri əsasında) Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və elmi fəaliyyət məqsədli digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
7-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 39. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq
39.1. Elm sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
39.2. Elmi fəaliyyətin subyektləri dövriyyəsi qanunla qadağan olunmayan elmi nəticələrin və elmi məhsulların ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir.
39.3. Elmi fəaliyyətin subyektləri xarici ölkələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarla əlaqələr yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, elm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına üzv olur, beynəlxalq elmi və elmi-texniki proqram və layihələrdə iştirak edir.
39.4. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirləri ilə həyata keçirilir.
39.5. Elmi müəssisə və təşkilatlar beynəlxalq əməkdaşlığı genişləndirmək və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək məqsədilə хarici tərəfdaşlarla ölkə daхilində və хarici dövlətlərdə müştərək struktur bölmələri (elmi mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və digər) yaratmaq hüququna malikdir.
39.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.
39.7. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 40. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il.
“Elm haqqında” Azərbaycan Respublikasının 2
016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 22.4-cü maddəsinə uyğun olaraq, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 33.8-ci maddəsinə uyğun olaraq, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, elmi müəssisələrin akkreditasiyası qaydasını və elmi müəssisələrin akkreditasiyası qurumu haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 37.4-cü maddəsinə uyğun olaraq, elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 12.6-cı maddəsində (ikinci halda), 13.2-ci, 27.3.11-ci maddələrində, 33.15-ci maddəsinin ikinci cümləsində, 34.5-ci, 36.1-ci, 36.3-cü, 36.4-cü və 38.16-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2.1. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.40-cı, 8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci, 30.1-ci maddələrində və 33.7-ci maddəsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.2. həmin Qanunun 11.7-ci maddəsinin ikinci cümləsində, 18.2-ci, 18.3-cü, 18.5-ci, 19.2-ci, 20.4-cü maddələrində və 33.7-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.3. həmin Qanunun 12.6-cı maddəsində (birinci halda), 13.5-ci, 14.4-cü, 22.2-ci, 22.4-cü maddələrində, 24.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 33.8-ci, 35.2-ci, 37.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 1.0.40-cı maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıdır;
2.5. həmin Qanunun 8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci və 33.7-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust 2016-cı il.