Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “26 aprel 2011-ci il tarixli, 656 nömrəli əmri ilə təsdiq edilmişdir
Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar
Akkreditasiya təhsil müəssisəsinin (bundan sonra müəssisə) fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur.
Müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu qiymətləndirmək üçün akkreditasiya komissiyası onun fəaliyyətini aşağıdakı istiqamətlər üzrə təhlil edir:
1. Müəssisənin fəaliyyətinin normativ-hüquqi təminatı.
2. Müəssisənin idarə olunması.
3. Müəssisədə təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu.
4. Müəssisədə tədris prosesinin təşkili.
5. Müəssisədə təhsil proqramları üzrə hazırlığın keyfiyyəti.
6. Müəssisədə kadr təminatı.
7. Müəssisənin elmi-tədqiqat fəaliyyəti (ali təhsil müəssisələri üzrə).
8. Müəssisənin beynəlxalq əməkdaşlığı (ali təhsil müəssisələri üzrə).
9. Müəssisənin maddi-texniki bazası.
10. Müəssisənin sosial-məişət şəraiti.
11. Müəssisənin maliyyə təminatı.
İstiqamətlər üzrə göstəricilər
1. Müəssisənin fəaliyyətinin normativ-hüquqi təminatının vəziyyəti:
müəssisənin fəaliyyətinin təşkilati-hüquqi təminatını müəyyənləşdirmək
üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili.
2. Müəssisənin idarə olunmasının vəziyyəti:
- idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə uyğunluğu;
- müəssisədə hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə
və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın tələblərinə uyğunluğu;
- müəssisənin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili (fakültələr,
kafedralar və strukturla bağlı digər bölmələr);
- müəssisənin idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə,
informasiya təminatı, nəzarət) həyata keçirilməsinin vəziyyəti.
2
3. Müəssisədə təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu:
- tədris planlarının baza təhsil proqramlarına uyğun hazırlanması və
təsdiqi;
- tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun
dövlət təhsil standartlarının tələblərinə uyğunluğu;
- tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına
uyğunluğu;
- tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya
mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi;
- kitabxana fondunda fənn proqramlarında tövsiyə olunmuş tədrismetodik
vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun olması;
- tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı;
- müəssisənin beynəlxalq informasiya şəbəkəsinə çıxışı;
- son beş ildə müəssisənin hazırladığı tədris-metodik materiallar, o
cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə çap edilmiş dərsliklər
və dərs vəsaitləri;
- təhsilalanların kurs işlərinin, təcrübələrinin (istehsalat və pedaqoji)
aparılmasına dair sənədlərin, məzunların buraxılış işlərinin və yekun dövlət imtahanlarının
nəticələrinin təhlili;
- magistirlik dissertasiyası və ya buraxılış işinə rəhbərliyə görə hər bir
rəhbərə təhkim olunan magistrant və bakalavrların sayının mövcud normalara uyğunluğu;
- son beş il ərzində mütəxəssis hazırlığının strukturunda aparılmış dəyişikliklər
və onların müəssisənin profilinə və əmək bazarının tələbatına uyğunluğu;
- son beş il ərzində müəssisəni bitirənlərin (dövlət sifarişi ilə və ödənişli
əsaslarla) nəticələrinin təhlili.
4. Müəssisədə tədris prosesinin təşkili:
- tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu;
- təhsilalanların fəallığını artıran yeni təlim texnologiya və metodlarının
tətbiqi;
- təhsilalanların elmi tədqiqat işlərinə cəlb edilməsi;
- tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu;
- tədris prosesində yeni informasiya texnologiyalarının tətbiqi.
5. Müəssisədə təhsil proqramları üzrə hazırlığın keyfiyyəti:
- təhsilalanların imtahanlarının nəticələri;
- müəssisənin keçirdiyi monitorinqin nəticələri (buraxılış qruplarında
təhsilalanların bilik səviyyəsi müəssisədə hazırlanmış suallar əsasında müəyyənləşdirilir
və qiymətləndirilir);
- məzunların buraxılış işlərinin, dövlət imtahanlarının nəticələri (buraxılış
işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proqramlarına uyğunluğu,
yekun dövlət imtahanlarının təşkili və keçirilməsi vəziyyəti);
- yekun dövlət attestasiya komissiyası sədrlərinin verdikləri hesabatların
təhlilinin nəticələri;
3
- təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların,
idarə və təşkilatların və başqalarının) olub-olmaması.
6. Müəssisədə kadr təminatı:
- kadr potensialının mövcud vəziyyəti və dinamikası;
- müəllimlərin ixtisaslarını artırması işinin təşkilinin vəziyyəti;
- müəllimlərin yaş tərkibinin təhlili.
7. Müəssisənin elmi-tədqiqat fəaliyyəti (ali təhsil müəssisələri üzrə):
- elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının
profilinə uyğunluğu (ixtisaslar üzrə doktorantlar və dissertantların sayı barədə məlumatlar
da daxil olunmaqla);
- elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi;
- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;
- təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti;
- aparılmış elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının
nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmış
şuraların işi);
- bir elmi rəhbərə həvalə edilmiş doktorant və dissertantların sayının
mövcud normalara uyğunluğu;
- müəllimlər və təhsilalanların elmi tədqiqat işlərində iştirakı;
- elmi-metodik və praktik konfransların keçirilməsi;
- müəssisənin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı.
8. Müəssisənin beynəlxalq əməkdaşlığı (ali təhsil müəssisələri üzrə):
- beynəlxalq əlaqələrin yaradılması;
- müəssisənin verdiyi diplomların başqa ölkələrdə tanınması üçün məzunlara
Boloniya prosesinin tələblərinə uyğun diploma əlavələrin verilməsi;
- beynəlxalq proqramlarda iştirak;
- müəssisədə başqa ölkə vətəndaşlarının təhsil alması;
- müəssisənin təhsilalanlarının başqa ölkələrdə təhsil alması;
- elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması;
- müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat fəaliyyətləri;
- müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat işləri (o cümlədən
nüfuzlu jurnallarda ).
9. Müəssisənin maddi-texniki bazası:
- müəssisənin ayrı-ayrı təhsil proqramları üzrə və bütövlükdə maddi-texniki
bazasının vəziyyəti;
- tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla təchizatının vəziyyəti.
10. Müəssisənin sosial-məişət şəraiti:
- yataqxana təminatı;
- tibbi xidmət;
- iaşə xidməti;
- istirahətin təşkili.
11. Müəssisənin maliyyə təminatı:
- büdcədən maliyyələşdirmə;
4
- müxtəlif növ fəaliyyətlərdən (elmi, pedaqoji, müqavilə əsasında həyata
keçirilmiş digər fəaliyyətlərdən) əldə olunmuş gəlirlər.
Müəssisənin və onun struktur bölmələrinin, ayrı-ayrı təhsil proqramlarının
akkreditasiyadan keçməsinin əsas şərtlərindən biri Akkreditasiya komissiyası tərəfindən
təhsilalanların yarıdan çoxunun biliyinin müsbət qiymətləndirilməsidir.
Təhsilalanların mənimsəmə səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:
- yoxlama zamanı təhsilalanların 91-100%-i müsbət qiymət aldıqda “əla”,
- 71-90%-i müsbət qiymət aldıqda “yaxşı”,
- 51-70%-i müsbət qiymət aldıqda “kafi”,
- 50%-dən az (50% də daxil olmaqla) hissəsi müsbət qiymət aldıqda “qeyrikafi”.
Bütövlükdə müəssisənin və ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan
keçməsinin əsas şərtlərindən biri də onun yuxarıda qeyd olunmuş fəaliyyət istiqamətləri
üzrə göstəricilərinin dövlət təhsil standartlarının tələblərinin 60%-dən
çoxuna uyğun gəlməsidir.
Müəssisənin və onun ayrı-ayrı təhsil proqramlarının istiqamətlər üzrə göstəricilərinin
dövlət təhsil standartlarının tələblərinə uyğunluğu Akkreditasiya komissiyası
tərəfindən müəyyənləşdirilir və yekun arayışda aşağıdakı kimi qiymətləndirilir:
bütövlükdə müəssisənin və onun ayrı-ayrı təhsil proqramlarının istiqamətlər
üzrə göstəriciləri standartın tələblərinin 61-80%-nə uyğun gəldikdə müəssisənin
(və ayrı-ayrı təhsil proqramlarının) fəaliyyəti “Dövlət təhsil standartlarının tələblərinə
əsasən uyğundur”, 81-100%-nə uyğun gəldikdə “Dövlət təhsil
standartlarının tələblərinə uyğundur”, 60%-dən (60% də daxil olmaqla) az
olduqda “Dövlət təhsil standartlarının tələblərinə uyğun deyildir”.
5
Müəssisənin fəaliyyətinin onun statusuna uyğunluğu aşağıdakı meyarlarla
qiymətləndirilir.
Ali təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu
müəyyənləşdirən meyarlar
№ Göstəricilərin adları Universitet Akademiya İnstitut
Qiymətləndirmə
balı
1 Mütəxəssis hazırlığı
aparılan ixtisas qruplarının
sayı
2-dən cox olmaqla
2 1 3
2 Doktorantura üzrə
elmi ixtisasların sayı
5-dən çox olmaqla
2-dən az olmamaqla
1 3
3 Əyani forma üzrə
təhsil alan hər 100
tələbəyə düşən doktorant
və dissertantların
sayı
2-dən az olmamaqla
2-dən az olmamaqla
1 3
4 Tələbəkontingentindən
dövlət sifarişi ilə
təhlsil alanların sayı
(%-lə)
40 %-dən az
olmamaqla
40 %-dən az
olmamaqla
40 %-dən az
olmamaqla
4
5 Elmi və elmi-pedaqoji
kadrların yenidən
hazırlanması,
ixtisasartırma proqramlarının
həyata keçirilməsi
+ + + 3
6 Elmi tədqiqat istiqamətlərinin
sayı
2-dən çox
olmaqla
1-2 1 3
7 Son bir ildə professor-
müəllim heyətinin
hər 100 nəfərinə
düşən nəşr olunmuş
monoqrafiyaların
(incəsənət və idman
təmayüllü təhsil müəssisələrində
yaradıcılıq
işləri daxil olmaqla)
sayı
2-dən az olmamaqla
2-dən az olmamaqla
1-2 6
6
8 Son beş ildə elmi dərəcəsi
və elmi adları
olan professor-müəllim
heyətinin hər 10
nəfərinə düşən qriflə
nəşr olunmuş tədris
vəsaitlərinin (dərslik,
dərs vəsaitləri, metodik
vəsait və göstərişlər
və tədris proqramlarının)
sayı
30 adda 25 adda 20 adda 6
9 Son bir ildə professor-
müəllim heyətinin
hər 100 nəfərinə
düşən, xarici ölkələrdə
nəşr olunmuş elmi
məqalələrinin sayı
4-dən az olmamaqla
4-dən az olmamaqla
2-dən az olmamaqla
3
10 Son bir ildə professor-
müəllim heyətinin
hər 100 nəfərinə
düşən, ölkə daxilində
nəşr olunmuş elmi
məqalələrin sayı
20-dən az olmamaqla
10-dan az olmamaqla
10-dan az olmamaqla
3
11 Müxtəlif beynəlxalq
təşkilatlar tərəfindən
ali təhsil sahəsində
həyata keçirilən
proqram və layihələrdə
iştirak
+ + + 3
12 Tələbələrindən xarici
ölkələrdə təhsil alanların
olması
+ + + 3
13 Xarici ölkələrdən
təhsil alanların olması
+ + + 3
14 Professor-müəllim
heyətində xaricdə ixtisasartırma
(yenidən
hazırlanma) kurslarını
keçmiş əməkdaşların
olması
+ + + 3
7
15 Bütün təlim müddətində
tələbə kontingentinin
(üç qiyabiçi
tələbənin sayı bir
əyani tələbənin sayına
bərabər tutulur)
bir nəfərinə düşən
tədris, tədris-metodik
və elmi ədəbiyyatların
sayı
140-dan az
olmamaqla
120-dən az
olmamaqla
100-dən az
olmamaqla
6
16 Ayrı-ayrı ixtisaslar
(proqramlar) üzrə
ştatdakı elmi dərəcəsi
və elmi adı olan
müəllimlərin sayı
(%-lə) (incəsənət və
idman təmayüllü
təhsil müəssisələrində
fəxri adı olanlar
daxil olmaqla)
55%-dən az
olmamaqla
55%-dən az
olmamaqla
50%-dən az
olmamaqla
7
17 Elmlər doktoru və
professorların sayı
(%-lə)
5 %-dən az
olmamaqla
5 %-dən az
olmamaqla
3 %-dən az
olmamaqla
7
18 Professor-müəllim
heyətində ayrı-ayrı
ixtisaslar (proqramlar)
üzrə ştatda
olanların sayı (%-lə)
80%-dən az
olmamaqla
80%-dən az
olmamaqla
80%-dən az
olmamaqla
7
19 Əyani təhsil forması
üzrə məzunların ixtisasları
üzrə işlə təmin
olunması (%-lə)
50 %-dən az
olmamaqla
50 %-dən az
olmamaqla
50%-dən az
olmamaqla
3
20 Bir təhsilalana düşən
faydalı sahə
5 kv.m-dən
az olmamaqla
5 kv.m-dən az
olmamaqla
5 kv.m-dən az
olmamaqla
6
21 Nəzəri məşğələ auditoriyalarında
bir təhsilalana
düşən faydalı
sahə
1,5 kv.m-dən
az olmamaqla
1,5 kv.m-dən
az olmamaqla
1,5 kv.m-dən
az olmamaqla
3
22 Oxu zallarında bir
təhsilalana düşən
sahə
2 kv.m-dən az
olmamaqla
2 kv.m-dən az
olmamaqla
2 kv.m-dən az
olmamaqla
3
23 İdman zalının mövcudluğu
(ölçüləri
+ + + 3
8
24x12, 36x12 kv.mdən
az olmamaqla)
24 Tələbəkontingentinin
hər 100 nəfərinə
düşən kompyuterlərin
sayı
10-dan az olmamaqla
8-dən az olmamaqla
8-dən az olmamaqla
3
25 Tələbəkontingentinin
hər 100 nəfərinə
düşən internetə
qoşulmuş kompyuterlərin
sayı
5-dən az olmamaqla
4-dən az olmamaqla
2-dən az olmamaqla
3
Qeyd: Müəssisənin müvafiq göstəricilər üzrə ballarının cəmi 60-dan (60 da daxil
olmaqla) az olduqda onun fəaliyyəti “qeyri-kafi”, 61-80 bala uyğun gəldikdə – “kafi”, 81-
100 bala uyğun gəldikdə – “yaxşı” qiymətləndirilir.
9
Orta ixitsas təhsli müəssisəsinin statusuna uyğunluğunu müəyyənləşdirən
meyarlar
№ Göstəricilərin adları Kollec Qiymətləndirmə
balı
1 Ali təhsilli müəllimlərin sayı 95%-dən az olmamaqla
20
2 Ali kateqoriyalıların, elmi dərəcəsi
və elmi adı olanların (incəsənət
və idman təmayüllü təhsil müəssisələrində
fəxri adı olanlar daxil
edilməklə) sayı
5%-dən az olmamaqla
10
3 Ayrı-ayrı ixtisaslar (proqramlar)
üzrə ştatdakı müəllimlərin sayı
80%-dən az olmamaqla
10
4 Əyani təhsil forması üzrə məzunların
ixtisasları üzrə işlə təmin
olunması
50%-dən az olmamaqla
10
5 Son beş ildə müəllim heyətinin
hər 10 nəfərinə düşən qriflə nəşr
olunmuş tədris vəsaitlərinin (dərslik,
dərs vəsaitləri və metodik vəsaitlərin)
sayı
25 adda 15
6 Bir təhsilalana düşən faydalı sahə 4 kv.m-dən az olmamaqla
10
7 Nəzəri məşğələ auditoriyalarında 1,5 kv.m-dən az olmamaqla
5
8 Oxu zallarında bir təhsilalana düşən
sahə
2 kv.m-dən az olmamaqla
5
9 İdman zalının mövcudluğu (ölçüləri
24x12, 36x12 kv.m-dən az
olmamaqla)
+ 5
10 Tələbə kontingentinin (üç qiyabiçi
tələbənin sayı bir əyani tələbənin
sayına bərabər tutulur) hər
100 nəfərinə düşən kompyuterlərin
sayı
8-dən az olmamaqla 5
11 Tələbə kontingentinin (üç qiyabiçi
tələbənin sayı bir əyani tələbənin
sayına bərabər tutulur) hər 100
nəfərinə düşən internetə qoşulmuş
kompyuterlərin sayı
4-dən az olmamaqla 5
10
Ilk peşə-ixtisas təhsili müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu
müəyyənləşdirən meyarlar
№ Göstəricilərin adları Peşə liseyi Peşə məktəbi Peşə tədris mərkəzi
Qiymətləndirmə
balı
1. Müəssisənin mövcud hüquqi-
normativ bazaya
uyğun fəaliyyəti
+ + + 7
2. Tədris prosesinin dövlət
təhsil standartlarının
tələblərinə uyğunluğu
+ + + 7
3. Kitabxananın tədris planında
nəzərdə tutulmuş
fənlər üzrə tədris-metodik
ədəbiyyatla təminatı
+ + + 4
4. Son 5 ildə pedaqoji heyətin
1 nəfərinə düşən öz
ixtisaslarına uyğun çap
edilmiş tədris vəsaitlərinin
həcmi
1,5 çap vərəqindən
az olmamaqla
1,5 çap vərəqindən
az olmamaqla
1,5 çap vərəqindən
az olmamaqla
4
5. Mühəndis-pedaqoji
heyətin elmi-metodik seminarlar
və digər tədbirlərdə
iştirakı
ildə 25 saatdan
az olmamaqla
ildə 25 saatdan
az olmamaqla
ildə 25 saatdan az
olmamaqla
4
6. Ümumi müəllim heyətində
ştatda olanların sayı
80 %-dən az
olmamaqla
80 %-dən az
olmamaqla
80 %-dən az
olmamaqla
6
7. İxtisasına uyğun işləyən
mühəndis-pedaqoji heyətin
tərkibi
90%-dən az
olmamaqla
85%-dən az
olmamaqla
90%-dən az olmamaqla
6
8. Pedaqoji heyətin şagirdə
olan nisbəti
1/9-dən az olmamaqla
1/9-dən az olmamaqla
1/9-dən az olmamaqla
5
9. Mühəndis-pedaqoji heyətin
stajkeçmədə iştirakı
90%-dən az
olmamaqla
85%-dən az
olmamaqla
95%-dən az
olmamaqla
6
10. Təlim təsərrüfatı və istehsalat
təcrübəsinin təşkili
+ + + 5-10
11. Tədris-istehsalat emalatxanalarının
və kabinetlərin
ixtisaslara uyğun
təchizatı
80 %-dən az
olmamaqla
80 %-dən az
olmamaqla
80 %-dən az olmamaqla
5-10
12. İdman zalının mövcudluğu
(ölçüləri 24x12 kv.-
+ + + 4
11
m-dən az olmamaqla
13. Bir təhsilalana düşən faydalı
sahə
4 kv.m.-dən
az olmamaqla
4 kv.m.-dən az
olmamaqla
4 kv.m.-dən az olmamaqla
5
14. Son 5 ildə məzunların
işlə təmin olunması
60 %-dən az
olmamaqla
60 %-dən az olmamaqla
70%-dən az olmamaqla
6
15. Sifarişçi-işəgötürən təşkilatlarda
məzunların işlə
təminatı
sifarişin
50%-i
sifarişin 50%-i sifarişin 50%-i 6
16. Təhsilalanların hər 100
nəfərinə düşən kompyuterlərin
sayı
7-dən az olmamaqla
7-dən az olmamaqla
7-dən az olmamaqla
5
17. Təhsilalanların hər 100
nəfərinə düşən internetə
qoşulmuş kompyuterlərin
sayı
3-dən az olmamaqla
3-dən az olmamaqla
3-dən az olmamaqla
5
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında
Qərar № 117
Bakı şəhəri, 24 iyun 2010-cu il
«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Baş naziri
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2010-cu il, № 6 (156), maddə 561) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 24 iyun tarixli,
117 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Bakalavriat təhsilinin məzmunu və təşkili
Qaydaları
1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və dövlət standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu və təşkili qaydalarını tənzimləyir.
1.2. Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.
1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.4. Bu Qaydalar bakalavr hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və Ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.
1.5. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir.
1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.
Bakalavriat təhsili almış məzun elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir.
1.7. Bakalavr hazırlığı ali təhsilin dövlət standartının tələblərinə uyğun ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları əsasında həyata keçirilir.
1.8. Bakalavriat təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir.
1.9. Bakalavriata tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.10. Xarici ölkə vətəndaşlarının bakalavriata qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
2.1. Bakalavriat — ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir.
2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr hazırlığı ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları, onlara müvafiq hazırlanmış tədris planları, fənlər üzrə işçi tədris proqramları (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübələrin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.
2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin planlaşdırılması və təşkili tədris planları (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.
2.4. Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilir.
2.5. Bakalavriat səviyyəsində tələbənin fənn üzrə tədris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata (15 auditoriya və 15 tələbənin sərbəst işi) bərabərdir. Tədris planlarında nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır (bədən tərbiyəsi fənni istisna olmaqla). Fənlərin adları tədris planlarında təkrarlana bilməz (məsələn, «Fizika» fənni iki semestrdə tədris olunursa, bu fənn ilk semestrdə «Fizika-1», sonrakı semestrdə isə «Fizika-2» kimi adlandırılmalıdır).
2.6. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.8. Tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrılır) ibarətdir.
2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
2.10. Bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb ixtisasının klinik fənlərində dərslər üçün ayrılan akademik saatlar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir.
2.11. Bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır.
2.12. Hər tədris ilində tətil müddəti 8-12 həftə müəyyənləşdirilir. Bu zaman qış tətili 2 həftədən az olmamalıdır. Xüsusi təyinatlı ali təhsil müəssisələrində qeyd olunan müddətlər bu tipli ali təhsil müəssisələrinin tabeliyində olduğu nazirlik və təşkilatların müvafiq normativ sənədləri ilə müəyyənləşdirilir.
2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
2.14. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar.
2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
2.17. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.
2.18. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
2.19. Bakalavriat səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müvafiq arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2.20. Tələbələrin peşə maraqlarını təmin etmək məqsədi ilə tədris planlarına seçmə fənlər daxil edilir.
2.21. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir.
Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir.
Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir.
2.22. Kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalıdır.
Tələbənin sərbəst işi müəllimin auditoriyadankənar rəhbərliyi ilə və müstəqil şəkildə həyata keçirilir. Müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməlidir.
Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən və s. ibarətdir.
Tələbələrin sərbəst işlərinin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir.
2.23. Bakalavriat səviyyəsi üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulur:
Humanitar fənn bölümü sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərinin formalaşmasını təmin etməlidir.
İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin əldə olunmasını təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi «Azərbaycan tarixi», «Azərbaycan dili» (xarici dildə təhsil alanlar üçün), «Xarici dil» fənləri daxildir.
2.24. Bakalavr təhsil proqramlarının fənn bölümlərinə seçmə fənlər daxildir. Seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
2.25. Ali təhsil müəssisələri təhsil proqramında nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin minimum məzmununu saxlamaqla, təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmini fənn bölümləri arasında 5 faiz, fənn bölümləri daxilində isə 20 faizə qədər dəyişə bilər.
2.26. Bakalavriat səviyyəsində təkrar ali təhsil alanlar üçün ali təhsil müəssisəsi əsas təhsil proqramlarına uyğun həmin ixtisas üzrə xüsusi (qısaldılmış) proqramlar da tətbiq edə bilər.
Xüsusi (qısaldılmış) təhsil proqramları müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarının bazaları əsasında tərtib olunur.
Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır. Təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir.
Xüsusi (qısaldılmış) proqramla təhsilalanların əvvəllər ayrı-ayrı fənlərdən (məzmunda dəyişiklik olmadığı halda) aldıqları qiymətlər nəzərə alına bilər.
2.27. Orta ixtisas təhsili müəssisələrini yüksək nəticələrlə başa vuran və «subbakalavr» dərəcəsi alan şəxslər bakalavr səviyyəsində təhsillərini davam etdirdikdə, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə onların topladıqları kreditlər müəyyən olunmuş qaydada ali təhsil müəssisəsi tərəfindən nəzərə alınır.
3.1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramlarını həyata keçirən professor-müəllim heyətinin ixtisası, elmi adı və dərəcəsi, elmi tədqiqat işlərinin yönümü tədris etdikləri fənnə uyğun olmalıdır.
3.2. Bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 50 faizinin elmi adı və elmi dərəcəsinin olması, o cümlədən 10 faizinin elmlər doktoru, professor olmasıdır.
3.3. Bakalavriat səviyyəsində təhsil proqramlarının elmi-metodiki, informativ, maddi-texniki vəsaitlərlə təminatı lisenziya və akkreditasiyaya qoyulan normativ tələblərə uyğun olmalıdır.
«Bakalavr» dərəcəsi almış məzunlar:
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 12 may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir.
1.2. Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır.
Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attesta-siyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.
1.5. Magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir.
1.6. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.
1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilə bilər.
1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılır.
1.9. Müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir.
1.10. Dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir (ödənişli və ödənişsiz təhsilalanların cəminə nisbətən).
1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
2.1. Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.
2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistr hazırlığı ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.
2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Fənn proqramları müvafiq ixtisasın təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.
2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.
Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.
Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.
2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.
2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS - Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.
2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətlən-dirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.
Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.
2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji ) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.
2.11. Bir akademik saat - 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
2.12. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.
2.13. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.
3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).
3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.
3.3. İxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.
4.1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.
4.3. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
4.4. Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.
4.5. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə
Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamənin təsdiqi barədə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Ali təhsil müəssisələri Elmi Şuralarının fəaliyyətini nizama salmaq məqsədilə
ƏMR EDİRƏM:
Azərbaycan Respublikası
Təhsil Naziri
10 noyabr 1997-ci il,
№ 792
Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə
- Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlər, əməkdakların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
- Ali təhsil müəssisənin inkişaf proqramını təsdiq edir;
- Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
- Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
- Fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;
- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
- Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,
orden və medallarının verilməsinə təqdim edir;
- kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtında əvvəl tutduqları vəzifələrdən olunmaları məsələlərinə baxır;
- müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanları, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDƏ ALINMIŞDIR. Qeyd.№ 3 19.08.1996-cı il Nazir əvəzi: _________S.C.Həsənova
|
TƏHSİL NAZİRLİYİNİN 401 SAYLI 07.08.1996 cı il tarixli əmri ilə təsdiq edilmişdir.
Nazir___________L.X.Rəsulova
|
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ PROFESSOR-MÜƏLLİM
VƏ KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNİN TUTULMASI
QAYDALARI HAQQINDA
ƏSASNAMƏ
BAKI - 1996
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİNİN
07.08.1996-CI TARİXLİ
401 SAYLI ƏMRİNƏ
ƏLAVƏ 1
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ PROFESSOR-MÜƏLLİM VƏ KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNİN TUTULMASI QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə
1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.
1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.
1.4. Kafedra müdiri vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə müvafiq ixtisas üzrə professorlar, eləcə də ən azı. 5 il elmi-pedaqoji stajı olan elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər. Yalnız xüsusi hallarda (xarici dil, fiziki hazırlıq, incəsənət, musiqi ixtisasları üzrə) kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə həmin ixtisaslar üzrə elmi dərəcəsi olmayanlar da iştirak edə bilərlər. Dosent elmi adı olan elmlər namizədləri müstəsna hallarda ikinci müddətə kafedra müdiri seçilmək üçün müsabiqədə iştirak edə bilərlər. Kafedra müdirinin fəaliyyəti hər hansı səbəbdən seçildiyi müddət başa çatandan əvvəl dayandırıldıqda rektorun əmri ilə həmin vəzifənin icrası kafedra əməkdaşlarından birinə həvalə olunur və bir aydan gec olmayaraq vəzifəni tutmaq üçün müsabiqə elan edilir. Seçildiyi müddət başa çatmış kafedra müdirinin yerinə bir aydan gec olmayaraq müsabiqə elan olunur. Seçki keçirilənədək həmin vəzifənin icrası seçki müddəti qurtarmış müdirə və ya kafedranın başqa bir əməkdaşına həvalə olunur.
Uyğun elmi-tədqiqat və təhsil müəssisələrinin, eləcə də dikər dövlət müəssisə və idarələrinin müvafiq elmi ad və dərəcəyə, yüksək elmi nüfuza malik rəhbər işçiləri həm də kafedra müdiri vəzifəsində işləyə bilərlər.
Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları, dosent vəzifəsi tutmaq üçün müsabiqədə isə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.
Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müəllim və assistent vəzifələrinə müsabiqədə elmi-pedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.
1.5. Müvafiq elmi adı, dərəcəsi və iş stajı olan şəxslər ali təhsil müəssisəsində saathesabı və ya əvəzçiliklə pedaqoji işə müddətli əmək müqaviləsi əsasında rektorun əmri ilə götürülürlər.
1.6. Dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər.
1.7. Kafedra müəyyən fakültənin strukturuna daxil olmadığı halda həmin kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün seçkilər ali məktəbin elmi şurasında keçirilir.
2.3. Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.
2.4. Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur.
2.5. Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır.
Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır.
2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır.
2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər.
2.8. Seçkilər müsabiqə elan olunan gündən ən geci 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzürsüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsinə ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
2.9. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər.
2.10 Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər.
3.2. Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür.
- kadrların şəxsi qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin sürəti;
- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.
- həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını təqdim etməsi kifayətdir.
Müsabiqədə iştirak haqda ərizələrin qəbulundan imtina etmək yalnız namizədin müsabiqə üçün verilən elanın şərtlərinə uyğun gəlmədiyi və ya ərizənin verilmə müddəti gözlənilmədiyi hallarda ola bilər.
3.4. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professor-müəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır, Kafedra hər bir namizədin elmi və elmi-pedaqoji fəaliyyətini obyektiv sürətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) elmi şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər.
Kafedraların birləşdirilməsi haqqında qərar qəbul edildikdə elmi şuranın həmin iclasında birləşdirilən kafedraların müdirləri arasından gizli səsvermə yolu ilə yeni müdir seçilir. Bu müdirin seçki müddəti kafedralar birləşdirilənədək həmin şəxs üçün keçirilmiş seçki günündən hesablanır.
Hər hansı kafedra müstəqil kafedralara ayrılanda yeni yaradılmış kafedraların birinə əvvəlki kafedra müdiri seçildiyi müddət qurtarana kimi rəhbərlik edir. Digər kafedraların müdiri vəzifəsi isə müsabiqə yolu ilə tutulur.
Kafedranın adı dəyişdirildiyi halda kafedra müdiri və dikər əməkdaşlar seçki müddəti qurtarana kimi öz vəzifələrini icra edirlər.
NÜMUNƏ 1
______________________________________________________________________vəzifəsinə seçki
(vəzifənin adı)
üzrə ________________________________________________________________elmi şurasının
(ali təhsil müəssisəsinin (fakültəsinin) adı)
___________________________________________________________________________ iclasının
(tarix, protokol nömrəsi)
gizli səsvermə
Bülleteni
__________________________________________________________________________
sıra
№-si
____ _______________________________________________________________________________________________
3.
Namizədə münasibət onun adını saxlamaq (lehinə) və ya üstündən xətt çəkməklə (əleyhinə) bildirilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2015-ci il.